Faiq Ağayev: “Sənətdə mənim fatihəmi oxumaq hələ çox-çox tezdir”
- Siz həmişə axının əksinə getmisiniz. Amma son vaxtlar Siz də axına qoşulub, qalmaqallara sövq edildiniz...
- Yekəxanalıq çıxmasın, mən axın yaradan insanam. Nəinki axının əksinə gedirəm, ümumiyyətlə, axının istiqamətinə varmıram. Mən qalmaqal yaratmıram, qalmaqala cavab vermək məcburiyyətində qalıram. Bunu şou-biznesin yazılmayan qanunlarına riayət kimi qiymətləndirməzdim. Bizim şou-biznes bir meşəyə bənzəyir.
Qanunları olmayan, hətta ümumbəşər etik normalar ilə tənzimlənməyən bir meşə. Formalaşmamışıq hələ. Tamaşaçı Faiq Ağayevin fikrincə, bu gün estradada ifaçılar, sənətçilər, sənətkarlar və korifeylər var. Mahnı ifaçıları həddindən artıq çoxdur. Amma bütün bunlardan daha çox bir kütlə var - adını ifaçı və müğənni qoyanlar. Mənəm-mənəm edənlərin sonu yoxdur. Ağlı olan insan mənəm-mənəmlik etməz. Bu, Allaha şərik çıxmaqdır.
- Sizə atmaca atanların məqsədi nədir?
- Krılovun “Fil və moska” adlı məşhur bir təmsili var. “Moska”, azərbaycanca desək “Toplan”, balaca it olur, başlayır filin üstünə hürməyə. Bundan soruşanda ki, nəyə görə hürürsən, deyir “ona görə hürürəm ki, kənardan baxanlar desinlər ki, gör bu balaca it nə qədər qüvvətlidir ki, filin üstünə hürməkdən qorxmur”. Mən nə özümü filə, nə də qarşı tərəfi itə bənzətmirəm. Sadəcə, “raskrutka”nın ifrat formalarından biri də ondan ibarətdir ki, özündən populyar, özündən qüvvətli birinə söz atırsan və gündəmə gəlirsən.
- Qalmaqallara cavab verməklə onları reklam etdiyinizi düşünmürsünüz?
- Dünya çempionuna adi, sıravi bir idman klubunda məşq edən yeniyetmə söz atmaz. O, ən azı gəlib dünya çempionunun səviyyəsinə çatmalıdır. Toy müğənnisi ifadəsini indi alçaldıblar, əfsuslar olsun. Toy müğənnisi olmaq böyük bir məktəbdir. İndi ara müğənniləri özlərinə toy müğənniləri deyirlər. Hətta mənə pis münasibət göstərən bir qəzetdə qarşı tərəf üçün deyilib ki, “o, dərk etməlidir ki, toy müğənnisidir, Faiq Ağayev isə səhnə müğənnisidir”. Faiq Ağayevi ya sevirsən, ya sevmirsən, ancaq inkar etmək olmaz. Faiq Ağayevin sənətdə fatihəsini oxumaq hələ çox-çox tezdir.
- Sirr deyilsə, kimlər oxuyub fatihənizi?
- O qədər oxuyublar ki... Amma qərarı verən Allahdır.
- Deyirlər, Aygün Kazımova ilə barışığınız gözdən pərdə asmaq məqsədi daşıyıb...
- Olduqca səmimi münasibətdəyik. Mən düşmənçilikdə də, dostluqda da səmimiyəm. Pərdə asmaq üçün barışmamışıq. Sadəcə, arada sevgi etirafı, səmimiyyət oldu ki, barışdıq.
- Bu barışıq tendensiyası siz tərəfdən davam edə bilərmi?
- Üzr istəməyi mən 30 yaşında öyrəndim. Günahım olduğu təqdirdə üzr istəməyə hazıram, ancaq hazırda küsülü olduğum, daha doğrusu, mənimlə küsülü olan sənətkarlarla düzgün olmayan münasibətlərdə günahım yoxdur ki, üzr istəyim. Əgər etiraf olsa, üzr eşitsəm, münasibətlərin bərpası istəyini göstərsələr, təbii ki, barışaram. Barışıqda yaşamaq daha rahat və komfortludur, nəinki bədxahlar arasında yaşamaq.
- Demək, Brilliant Dadaşova və Zülfiyyə Xanbabayeva ilə barışıq nəzərdə tutulmur?
- Növbəti sual, zəhmət olmasa...
- Sənətin bütün incəliklərini bilən Faiq Ağayev niyə yerli səhnədə çıxış etməklə kifayətlənir?
- Məni qane edən saziş hələ ki, görməmişəm. Artıq yaş da o yaş deyil ki, gedim hər şeyi sıfırdan başlayım. Ancaq belə danışıqlar üçün açığam.
- Çoxları düşünür ki, Faiq Ağayev ailəsini gözdən pərdə asmaq üçün müqavilə əsasında qurub...
- Kim elə fikirləşirsə, niyyəti qapısına yazılsın. Taxta qapıdır, dəmir qapıdır, məftildən düzəldilmiş qapıdır, bilmirəm bax, o qapının üstünə yazılsın. Kim barəsində pis fikirləşirsənsə, o pisliyi özün yaşayırsan, kim barədə yaxşı fikirləşirsənsə, o yaxşılığın bəhrəsini görürsən.
- Hazırda həyat yoldaşınızla münasibətiniz necədir?
- Normal. Ümumiyyətlə ailə elə bir şeydir ki, onun yüksək səviyyəsi ilə yanaşı, enişi və yoxuşu da olur. Elə bir ailə görmüsünüz ki, o ailədə söz-söhbət olmasın? Göz önündə olan tanınmış insanın haqqında doğru-dürüst məlumat az olanda boşluq yaranır və bu boşluğu adətən işi-gücü olmayan insanlar şayiələrlə doldururlar. Bir də görürsünüz ki, fantastik bir fərziyyə müzakirə olunan “həqiqi” mövzuya çevrilir.
- Neçə uşaq atası olmaq istəyirsiniz və buna hazırlaşırsınızmı?
- Allah nə qədər göndərsə. Bu, klip və ya konsert deyil ki, hazırlaşaq. Allah kərimdir.
- Tarkanda hansı qeyri-adiliyi tapmısınız?
- Kim dedi ki, mən Tarkanda nə isə tapmışam?
- Bəs o zaman niyə deyilənlərə görə özünüzü Tarkana bənzədirsiniz?
- Xeyr, bu, heç də belə deyil. Bu zamana kimi məni müğənni Prinsə, Maykl Ceksona, Corc Maykla bənzədirdilər. Bu, çox subyektiv fikirdir. Mən özümü Tarkana heç zaman bənzətməmişəm. Ancaq Tarkanın Türkiyə üçün etdiyini Azərbaycan üçün etsəm, fərəhlənərəm ki, heç olmasa, bunda biz Tarkanla oxşarıq. Tarkanla hansı cəhətimiz oxşayır ki? Onun gözü yaşıl, mənim gözüm qara, Tarkanın saçı uzun olanda mənim saçlarım qısa idi və əksinə, onda qısa saç olanda, məndə uzun saçdır. Azərbaycanda yaşayan türklər deyirlər ki, Faiq Ağayev Azərbaycanın Tarkanıdır. Mən onlara hər zaman deyirəm ki, xeyr, Tarkan türklərin Faiq Ağayevidir. (gülür)
- Builki “Eurovision”da baş verənlər Sizin bu müsabiqəyə qarşı fikrinizi dəyişdirmədi?
- Bu müsabiqəyə qatılmaq üçün ölkənin tutduğu mövqe çox vacibdir. İki il sərasər Türkiyənin Ermənistana 12 xal verməsi məni yandırıb tökdü. Rusiyanın, Yunanıstanın Ermənistanı dəstəkləməsi mənim üçün normaldır. Ancaq ermənilərin genosidini yaşamış 60 milyonluq Türkiyə xalqı nədən bu qədər yalançı kübarlıq, mülayimlik nümayiş etdirdi, mən bilmədim. Düşmən yaxşılığı anlamır, düşmən yaxşılığı zəiflik kimi qəbul edir.
- Şou-biznes yaranan kimi meqa-star ifadəsindən istifadə etdilər. Meqa-star sözü bizə lazımdır?
- Zamanın tələbidir də. Əvvəllər parlament, prezident sözü də yox idi. Bu, zamanın yeni sözüdür.
- Bu söz qalmaqal yaranmasına səbəb olur axı...
- Yəqin kimisə qıcıqlandırır. Kimsə bunu etdiklərinə yetərincə qiymət verilməməsi kimi dəyərləndirir. Ona görə deyiblər ki, buğda olan yerdə dana qudurar.
- Bu zamana kimi kimsə sizin vasitənizlə tanınmaq üçün rüşvət təklif edibmi?
- Əlbəttə. Hər il konsert qabağı mənə pul təklif edirlər ki, gələk konsertinizdə bir mahnı ifa edək. Çünki bilirlər ki, bu, böyük olaydır. Təbii ki, Faiq Ağayevin konsertində iştirak etməyin gəlirli tərəfləri var. /APA/
Şou-biznes
Xəbər Lenti
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib
Böyük Britaniya Rusiyanın 10 ən böyük neft hasilatçısı şirkətinə qarşı sanksiya tətbiq edib
AZAL yerli pilot hazırlığını genişləndirəcək, təlimatçıların sayı artırılacaq
Bakıda "17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası" keçirilib