“Alabina” qrupu Azərbaycanda konsert proqramı ilə çıxış edəcək
13 avqust 2007 09:54 (UTC +04:00)
Bunu APA-ya konsertin təşkilatççısı “Uor-stile” kompaniyasının meneceri Zaur Babayev deyib. Onun sözlərinə görə, qrupun əsasını qoyan və hazırda solisti bütün dünyada məşhur olan İştardır. Qrupun özünəməxsus stili ərəb, ispan -qaraçı və fransız mahnılarının sintezi ilə tamamlanır. “Alabina”, “Oley Ola”, “Habibi des amores” ilk kompozisiyaları dünya hitinə çevrilib. Bu qrup London, Sidney, Fransa şəhərlərində, İsrail, Meksika, Avstraliya, Bombey və Moskvada böytük uğurlar qazanıb. İştar Nyu-York və Parisdə böyük tirajla satılan 5 albom yazıb.
Qeyd edək ki, konsertin biletlərinin qiyməti 30 manatdan 90 manata qədərdir./APA/
Qeyd edək ki, konsertin biletlərinin qiyməti 30 manatdan 90 manata qədərdir./APA/