Bank Of Baku

Rafet El Roman Yaşıl Teatrda Röya ilə birgə konsert verəcək

Rafet El Roman Yaşıl Teatrda Röya ilə birgə konsert verəcək
# 15 avqust 2007 12:47 (UTC +04:00)
Sentyabrın 19-da Yaşıl Teatrda türkiyəli sənətçi Rafet El Roman müğənni Röya ilə birgə konsert verəcək. Bu barədə APA-ya konsertin təşkilatçısı Nahid Emiloğlu məlumat verilib. N. Emiloğlunun sözlərinə görə, konsertdə Rafet El Roman sonuncu albomunda yer alan hit mahnıları ifa edəcək. Konsertin informasiya dəstəyi APA İnformasiya Agentliyinə məxsusdur.
Qeyd edək ki, türkiyəli sənətçi Sərdar Ortacla imzaladığı 10 illik müqavilənin şərtlərinə görə, Röya bu müddət ərzində Bakıda konsert verə bilməz. Buna münasibət bildirən N. Emiloğlu deyib ki, müqavilə gələn ilin yanvarından qüvvəyə mindiyindən, Röya ilin sonuna qədər Bakıda konsert verə bilər. Gələn ildən isə o, yalnız S. Ortacla imzaladığı müqavilənin şərtləri əsasında işləyəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR