Bank Of Baku

Baloğlan Əşrəfov: “Konsertimdə mənə ciyərini verən 27 yaşlı gəncin kimliyini açıqlayacağam”

Baloğlan Əşrəfov: “Konsertimdə mənə ciyərini verən 27 yaşlı gəncin kimliyini açıqlayacağam”
# 16 avqust 2007 10:08 (UTC +04:00)
Sentyabrın 16-da Yaşıl Teatrda əməkdar artist Baloğlan Əşrəfov solo konsert verəcək. B.Əşrəfov APA-ya verdiyi açıqlamada konsertində ona ciyərini verən şəxsin kimliyi açıqlayacağını deyib: “Əməliyyat olunduqdan sonra bir çox söz-söhbətlər gəzməyə başlayıb. Deyirlər ki, donorum dünyasını dəyişib, ona görə də mən onun kimliyini açıqlamıram. Konsertimdə 27 yaşlı donorumu tamaşaçılara təqdim edəcəyəm”. B.Əşrəfov bu addımdan sonra donoru ilə yayılan söz-söhbətin yiğışılacağına ümid edir.
Qeyd edək ki, kosnertin informasiya dəstəyi APA İnformasiya Agentliyinə məxsusdur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR