Bank Of Baku

Faiq Ağayevin çəkiləcəyi “Qamçı” serialı üçün pul tapılmır

Faiq Ağayevin çəkiləcəyi “Qamçı” serialı üçün pul tapılmır
# 17 avqust 2007 14:10 (UTC +04:00)
Uzun müddətdir filmdə çəkilmək üçün dəvət alan əməkdar artist Faiq Ağayevin bu arzusu hələ də reallaşmayıb. Bu barədə APA-ya məlumat verən sənətçi deyib ki, üç ildən artıqdır ssenarisi hazır olan filmin nə zaman istehsal olunacağı qeyri-müəyyəndir: “Üç il əvvəl “Qamçı” serialı haqqında söhbətlər başlayıb. Filmin ssenarisi jurnalist Əjdər Hacıyevə məxsusdur. Ancaq çox təəssüf ki, uzun zaman keçməsinə baxmayaraq, çəkiliş üçün maliyyə vəsaiti tapılmadı”. F. Ağayev bildirib ki, hətta rejissor Ülviyyə Könül tərəfindən filmin bədii ssenarisi hazırlanaraq çəkiliş məkanları da seçilmişdi: “İlkin vaxtlarda filmin başa gəlməsi üçün 100 min ABŞ dolları civarında bir vəsait lazım idi. Ancaq vəsait tapılmadı. İndi daha çox pul lazımdır”. Sənətçinin sözlərinə görə, filmin istehsalı üçün vəsait tapıldıqdan sonra çəkilişlər başlayacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR