Bank Of Baku

Ulduz olandan sonrakı “musiqi diplomları”

Ulduz olandan sonrakı “musiqi diplomları”
# 20 avqust 2007 09:50 (UTC +04:00)
Azərbaycanın müasir şou-biznesində tanınanların çoxu məhz ünlü olandan sonra
ali təhsil alırlar. Onların çoxu səs, səhnə standartlarına cavab vermə göstəricilərindən sdaha çox məhz sonradan əldə etdikləri bu diplomları əsas gətirərək, “özlərinə oxumaq haqqı” tanıyırlar. Amma həqiqət həm də odur ki, məşhurların çoxu bu diplomu məhz “professionallıq aləti” kimi istifadə etmək üçün əldə edirlər. Həqiqətdə isə onların çoxu universitet auditoriyalarında əyləşib, peşəkarların mühazirələrini dinləməyi “vaxt itkisi” hesab edirlər.

Sənətçilər

Musiqi təhsili

İxtisas

Əlavə məlumat

Faiq Ağayev

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

musiqili teatr aktyorluğu

Azərbaycan Dövlət Tibb Universitetinə qebul olunsada oranı bitirməyib

Brilliant Dadaşova

1990-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteni bitirib

musiqili komediya ixtisası

Nisə Qasımova

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univesiteti

Solo-oxuma ixtisası

Ağadadaş Ağayev

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

Musiqi və teatr kollektivlərinin rəhbəri

İlk təhsilini
Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin texniki fənnlər və fizika fakültəsini bitirib. Cəlilabad rayonunda fizika müəllimi işləyib.

Azərin

Bakı Musiqi Akademiyası

Solo-oxuma

Nəzakət Teymurova

Bakı Musiqi Akademiyası

Arif Babayevin muğam sinfini bitirib

Ó˜dalÓ™t Şükürov

Sankt-Peterburq İncəsənət Akademiyası

Bu universitetin elmlər namizəddir

İradə İbrahimova

Azərbaycan Milli Konservatoriyası

solo-oxuma fakültəsinin II kurs tələbəsi

İlk təhsilini Azərbaycan Dillər Universitetində alıb.

Sevda Ələkbərzadə

Azərbaycan Milli Konservatoriyası

solo oxuma fakültəsinin II kurs tələbəsi

Nadir Qafarzadə

Asəf Zeynallı adına Musiqi Kolleci

Ali təhsili yoxdur

Eyyub Yaqubov

Asəf Zeynallı adına Musiqi Kolleci

fortepiano sinifi

Ali təhsili yoxdur

Nazpəri Dostəliyeva

Azərbaycan Milli Konservatoriyası

İzzət Bağırov

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

solo oxuma

Elariz Məmmədoğlu

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

mədəni maarif fakültəsinin kütləvi tamaşalar rejissoru ixtisası üzrə

Vasif Məhərrəmli

Bakı Musiqi Akademiyas

ifaçılıq fakültəsi

Tünzalə Ağayeva

Qəmbər Hüseynli adına Gəncə Musiqi Texnikumu

Musiqi müəlliməsi

Ali təhsili yoxdur

Elnarə

Azərbaycan Milli Konservatoriyasının
IV kurs tələbəsi

solo-oxuma

İlk təhsilini Azərbaycan Dillər Universitetində alıb.

Məleykə Əsədova

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

teatr aktyorluğu

Kərim

Əhməd Cavad adına Mədəni Maarif Texnikumu

xalq çalğı alətləri orkestrinin bədii rəhbəri fakültəsini bitirib (özü belə təqdim edib)

Sabir Əhmədov

Moskva Dövlət Konservatoriyası

solo oxuma

Nura

Bakı Musiqi Akademiyasının III kurs tələbəsi

solo oxuma

Ayaz Qasımov

Azərbaycan Milli Konservatoriyası

solo-oxuma

Fidan Hacıyeva

Bakı Musiqi Akademiyası

vokal sənəti

Hazırda təhsilini opera ifaçısı ixtisası üzrə İtaliyada davam etdirir

Şahin Növrəsli

Bakı Musiqi Akademiyası

Fortepiano fakültəsinin bakalavr və magistratira pilləsi üzrə də təhsil alıb

Nurlan Növrəsli

Bakı Musiqi Akademiyası

solo oxuma (vokal)

Rüfət Axundov

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

dram rejissorluğu

Lalə Məmmədova

Azərbaycan Milli Konservatoriyası

Solo-oxuma

İlk təhsilini Azərbaycan Dillər Universitetində alıb.

Zülfiyyə Xanbabayeva

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

Rejissor

Elnur

Azərbaycan Dövlət İqtisad Universiteti

iqtisadiyyatın hüququ tənzimlənməsi

Almaz Ələsgərli

Mədəni Maarif Texnikumu

şirniyyatçı

Ali təhsili yoxdur

Elza Seyidcahan

Bakı Musiqi Akademiyası

bəstəkarlıq fakültəsində Arif Məlikovun sinfində təhsil alıb

Cavanşir Məmmədov

Asəf Zeynallı adına Musiqi Kolleci

ifaçılıq

Azərbaycan Dövlət Texniki Universitetinin avtonəqliyyat fakültəsində ilk təhsil alıb.

Gülüstan Əliyeva

Bakı Miusiqi Akademiyası

solo oxuma

Xuraman Şuşalı

Azərbaycan Milli Konservatoriyası

muğam ifaçısı

Rahidə Baxışova

Asəf Zeynallı adına Musiqi Kolleci

Muğam sinifi

Ali Təhsili yoxdur

Rəqsanə

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin II kurs tələbəsi

estrada fakültəsi

İlk təhsilini Gəncə Texnikumunda alıb. (öz təqdimatında-red)

Röya

Bakı Dövlət Universitetinin III kurs tələbəsi

hüquq fakültəsi

7 illik musiqi məktəbində fortepiano sinfini bitirib


Aygün Kazımova, Abbas Bağırov, Natəvan Həbibi kimi tanınanların isə heç bir ali təhsili yoxdur.
Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli isə diplomal bağlı məsələyə fəqli yanaşıb. O, APA-ya açıqlamasında diplomun əldə bayraq edilib, sənətkar adlanmağın düzgün olmadığını bildirib: “Rəşid Behbudov, Maestro Niyazi, Xan Şuşinskinin də diplomu olmayıb. Kimsə diplomu var deyib, çıxış etmək haqqı olduğunu deyirsə, bu, yanlışdır. Sənətdə sənət nümayiş etdirmək lazımdı, diplom yox. Mən diplomun alət edilməsinə çox pis baxıram”. F. Bədəlbəylinin sözlərinə görə, müasir efir sənəti olmayanları daha çox reklam edir: “İncəsənət tək estrada ilə bitmir. Hamı elə bilir ki, incəsənət estradadan başlayıb, şou-biznesdə qurtarır. Sənətdə senzura olmalıdır, bu gün hətta demokrat Flora xanım Kərimova da senzura istəyir. O da artıq bezib. Çünki ekrana çıxmaq üçün Bədii Şura olmalıdır. Kim istəsə ekrana çıxır, zövqlər korlanır. kimin kiminlə davası varsa, ondan bir saatlıq veriliş hazırlanır. Onda Üzeyir Hacıbəyov, Qara Qarayev, Hüseyn Cavid, Səttar Bəhlulzadə lazım deyildi. “Ölülər” Şekspir səviyyəsində yazılmış bir əsərdir. Bizim cavanlarımız bu gün “Ölülər”ə, “Dəli yığıncağı”na baxır? Xeyr. Eyni problem musiqidə də yaşanır. Azərbaycanda mənəvi sərvətin sayı bitib-tükənməzdir, ancaq bizim gənclər bundan xəbərsizdir”. Ədəbi və musiqi efiri üçün senzura tətbiq olunmasının problemi müəyyən qədər həll edəcəyini söyləyən rektor musiqidən başqa söz, mətn problemi də olduğunu vurğulayıb. /APA/





1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR