Bank Of Baku

Ruslana Bakıya səfəri zamanı dövlət adamları ilə görüşəcək

Ruslana Bakıya səfəri zamanı dövlət adamları ilə görüşəcək
# 28 avqust 2007 15:02 (UTC +04:00)
Bu barədə APA-ya konsertin təşkilatçısı olan “S.A.Organization”un nümayəndəsi Möhtərəm Öz məlumat verib. Onun sözlərinə görə, biletlərin satışı normal gedir və əsasən VİP yerlər üçün biletlər satılıb. Sənətçinin sentyabrın 1-də axşam saatlarında Bakıya gələcəyini deyən M.Öz, səfər zamanı Ruslananın nazirlərdən biri ilə görüşəcəyini də deyib: “Həmin nazirin kim olacağı hələ dəqiqləşməyib. Ancaq parlament deputatı kimi onun konserti günü dövlət adamları ilə görüş keçirəcəyini bilirik. Eyni zamanda Ruslana İctimai Televizyaya “Evrovishion”un qalibi kimi bir sıra məsləhətlərini də verəcək. Ruslana Bakıya 13 nəfərlik heyətlə gələcək. Həmin heyətdə onun rəqqasları və musiqiçiləri təmsil olunacaq”. M.Özün sözlərinə görə, konsert zamanı istifadə olunacaq texniki və səs avadanlıqlarını sənətçi özü ilə gətirməyəcək. Həmin konsertdə Ruslananın ifa edəcəyi mahnıların 90% yeni variantda səslənəcək: “Bu mahnılar onun repertuarında yer alan mahnılardır. Ancaq bu konsertdə həmin mahnılar tam yeni variantda səslənəcək. Konsert zamanı Ruslananın müşayiətçiləri arasında Natiq Şirinovun rəhbərlik etdiyi “Natiq” Rist Qrupu da olacaq”. Sentyabrın 3-də səhər saatlarında isə Ruslana vətəninə qayıdacaq.
Qeyd edək ki, konsertin qiymətləri VİP yerlər üçün 180 manat, digər yerlər üçün isə 100-140 manat arasında dəyişir.
Konsertin informasiya dəstəyi APA İnformasiya Agentliyinə məxsusdur. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR