Bank Of Baku

“Eurovision” müsabiqəsinin qalibi Ruslana Bakıya gəlib

“Eurovision” müsabiqəsinin qalibi Ruslana Bakıya gəlib
# 01 sentyabr 2007 15:43 (UTC +04:00)
APA-nın məlumatına görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərin suallarını cavablandıran ukraynalı pop-müğənni bildirib ki, Bakıdakı konsertində təqdim olunacaq mahnıların yarıdan çoxu yenidir. Həmçinin, Azərbaycandakı ilk çıxışından fərqli olaraq, bu dəfə Ruslanın konserti yeni formatda keçiriləcək. Əgər ilk dəfə konsert qapalı, zal şəraitində təşkil olunmuşdursa, bu dəfə sənətçi dənizkənarı klubda çıxış edəcək. Analoji formatlı proqramlarla müğənni bu günədək Ukrayna, Rusiya, Kipr və digər ölkələrdə çıxış edib.
Səfəri zamanı Ukrayna müğənnisi Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşmək, azərbaycanlı tərəfdaşları ilə şou-biznes təcrübəsi ilə bölüşmək fikrindədir.
Ruslanın sözlərinə görə, yaxın vaxtlarda o, dünyada tanınmış “Enerji” əsəri əsasında bir neçə yeni video-rolik çəkdirmək fikrindədir.
Ukraynadakı siyasi vəziyyətlə bağlı sualı cavablandıran sabiq millət vəkili, müğənni Ruslana ölkəsindəki siyasi gərginliyin tezliklə aradan qalxacağına ümid etdiyini vurğulayıb: “Mən çox istərdim ki, siyasətçilər hakimiyyətə gələrkən verdikləri vədləri yerinə yetirsinlər”.
Azərbaycanın da “Eurovision” müsabiqəsinə qatılmaq planlarına münasibət bildirən Ruslana bu sahədə təcrübəsi ilə bölüşməyə hazır olduğunu vurğulayıb: “Mən mütləq Azərbaycana dəstək olacağam və sizə azarkeşlik edəcəyəm”.
Qeyd edək ki, Ruslanın konserti sabah, sentyabrın 2-də Bakının “Amburan” İstirahət Mərkəzində keçiriləcək. Proqram saat 19:30-da başlayır.
Konsert “Natiq” ritm qrupunun çıxı ilə başlayacaq. Sonra Ruslan çıxış edəcək və onun yeni klipinin təqdimatı keçiriləcək.
Konsertə rəsmi informasiya dəstəyi verən KİV sırasında APA İnformasiya Agentliyi də var. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR