Bank Of Baku

Bu gün Alabina Bakıya gələcək

Bu gün Alabina Bakıya gələcək
# 06 sentyabr 2007 10:24 (UTC +04:00)
Şərq əsilli müğənni Alabina sabah Yaşıl Teatr Bakı Konsert Kompleksində konsert proqramı ilə çıxış edəcək. Konsertin təşkilatçısı “UR stile” şirkətinin meneceri Zaur Babayev APA-ya açıqlamasında konsertin biletlərinin 80 faizdən çoxunun satıldığını deyib: “Artıq konsertə çox az vaxt qalıb və biz belə bir layihə həyata keçirdiyimiz üçün sevinirik. Alabina bu gün gecə Bakıya gələcək. Sabah isə inanılmaz konsert proqramı ilə bakılı tamaşaçılar qarşısında çıxış edəcək. Konsertin uğurla baş tutacağına inanırıq”. Konsertin səhəri Alabina Bakını tərk edəcək. Zaur Babayev bildirib ki, Bakıda çıxış edəcək qrupun özünəməxsus stili ərəb, ispan -qaraçı və fransız mahnılarının sintezi ilə tamamlanır. Qrupun “Alabina”, “Oley Ola”, “Habibi des amores” adlı ilk kompozisiyaları dünya hitinə çevrilib. Bu qrup Britaniya, Fransa, İsrail, Meksika, Avstraliya, Hindistan və Rusiyada böyük uğurlar qazanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR