Bank Of Baku

Rəqsanənin Azərbaycanı tərk etməsinə qadağa qoyulub

Rəqsanənin Azərbaycanı tərk etməsinə qadağa qoyulub
# 11 sentyabr 2007 12:34 (UTC +04:00)
T. Səmədova deyib ki, Rəqsanə prodüserlikdən ayrılmaması üçün ona hədə-qorxu da gəlib: “Mənə hədə-qorxu gəlirdi ki, ondan ayrılsam, işsiz qalacağam, məni heç bir müğənni işə götürməyəcək. Ellada İsmayılova Türkiyədə həbs olunanda ona vəkil tutmaq üçün təcili pul lazım idi. Həmin vaxt mən Rəqsanəyə faizlə pul götürüb verdim. Nə qızıl, nə pul zəmanət qoydu. Sadəcə anama olan hörmətə görə böyük miqdarda pul verildi. Gördüm gözünün yaşı quruyub, ona görə kömək etdim. Bu da onun mənim yaxşılığıma cavabı... Mənə 24 min dollar borcu var. Rəqsanə bilməlidir ki, mən işsiz qalan deyiləm, İqtisad İnstitutunu bitirmişəm, bankda da işləyə bilərəm. Ancaq o müğənnidir, ona damğa vurulub, o artıq irəliyə gedə bilməyəcək. O məni işdən çıxardığını deyib. Ancaq ondan özüm ayrılmışam, çünki ondan ayrılmasaydım, ailəm dağılacaqdı”. Rəqsanənin anası Adilə Həsənovanın və bacısı Ellada İsmayılovanın insan alverində günahlandırmalarını Rəqsanənin keçmiş prodüseri də təsdiqləyib. T. Səmədova bütün bunların həqiqət olduğunu bildirib: “Onun 13 yaşlı uşağı vurması ilə bağlı dediklərim də yalan idi. Rəqsanə anası və bacısına görə İnsan Alveri ilə Mübarizə İdarəsinə dindirilməyə aparılmışdı. Həmin gün biz Şəmkirdən toydan qayıtmışdıq. Mən də bu məsələnin araşdırılmaması və mətbuatda yazılmaması üçün uşaq vurduğunu dedim. Hətta rayon adı çəkirdim ki, mətbuat bu fakta inansın. Həmin gün Bakıda toyda olmalı idi, toydan imtina edəndə də də Rəqsanənin maşınla uşaq vurduğunu, ona görə toya gələ bilməyəcəyini dedim. Özüm belə dedim ki, sabah polisdə olduğöunu yazsalar, bu məsələ ilə bağlı getdiyini söyləyə bilim. Ancaq bu yalan idi, Rəqsanə idarəyə məhz anası və bacısının insan alverində iştirakı ilə bağlı çağırılıb. Rəqsanə idarədən həmin gün gecə buraxıldı. Bacısını həmin gündən saxladılar, ancaq anasını müxtəlif üsullardan istifadə edərək, zaminə çıxara bildi. Rəqsanə və anasından ölkəni tərk etməmək barədə iltizam alıblar”. T. Səmədova Rəqsanənin prodüseri işlədiyi müddət ərzində onun evində ayrı-ayrı vaxtlarda digər ölkə vətəndaşlarını da müvəqqəti qaldığını bildirib: “Hərəsi bir-iki ay qalırdı. Sonra vizaları həll olunurdu, çıxıb gedirdilər. Onların hansı millətdən olduqlarını açıqlamağa çətinlik çəkirəm. Dəfələrlə Rəqsanənin evində onları görmüşdüm. Ancaq bir-iki aydan sonra gedirdilər. Deməli, onların da viza məsələləri həll olunurmuş. İndi Rəqsanə bu sirri mənim yaydığımı deyir. Əgər mən onun sirrini yayan idimsə, niyə mətbuata yalan söyləyib, düz olanları inkar etdim? Bütün bunları hamıdan danırdım”.
T. Səmədova Rəqsanənin bacısı Elladanın 3 il Türkiyədə olduğunu, orada həbs edildiyini də deyib: “Həmin vaxt bu məsələni pul vasitəsi ilə həll etdi. Bu yaxınlarda iki ay bundan əvvəl Ellada Bodrumda tutuldu. Orada yatanda biz getdik, Elladanı oradan götürüb gəldik. Hətta qaçmasın deyə Elladanı polislər müşayiət edirdilər. Ellada İsmayılovaya 5 il Türkiyəyə getmək qadağan olunub”.
Qeyd edək ki, Rəqsanə və anası Adilə Həsənova hadisə ilə bağlı danışmaq istəməyiblər. Rəqsanə “anamın şəkəri qalxıb, biz bu hadisə barədə daha danışmaq istəmirik” deyib.
Təmiz Dünya İctimai Birliyindən isə APA-ya bildirilib ki, İsmayılovaların qurbanlarından bir nəfər istisna olunmaqla onlara yeni müraciət edən olmayıb.
Onu da qeyd edək ki, ANS TV dünən Rəqsanənin hazırda həbsdə olan bacısı Ellada İsmayılovadan açıqlama alıb. O, Rəqsanənin bacısı olduğunu və şikayətçi qızı tanıdığını desə də, onu fahişəliyə cəlb etməsi ilə bağlı ittihamı rədd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR