Bank Of Baku

Mahsun Qırmızıgül Bakıda “Aşka sürgün” adlı konsert proqramı ilə çıxış edib - FOTOSESSİYA

Mahsun Qırmızıgül Bakıda “Aşka sürgün” adlı konsert proqramı ilə çıxış edib - <font color=#FF0000>FOTOSESSİYA</font>
# 01 oktyabr 2007 16:37 (UTC +04:00)
APA-nın məlumatına görə, saat 20:00-a təyin olunan konsert bir saat gec başlayıb. Konsertə maraq böyük olduğundan tamaşaçıların bir qismi proqramı Konsert Kompleksinin pilləkənlərinin üzərində əyləşməklə seyr etməli olub. Səhnəyə çıxan Mahsun Qırmızıgül ilk öncə Azərbaycan xalqını salamlayıb və repertuarında yer alan hit mahnıları ifa edib. Tamaşaçılar sənətçinin canlı ifasında “Bəlalım mənim”, “Sarı, sarı”, “Yıkılmadım”, “Annem, annem”, “Ağlama sən” və digər mahnıları dinləyiblər. Sənətçi azərbaycanlı qızlardan evlənmək barədə məktublar aldığını deyib: “Azərbaycandan bir qızdan mənə məktub gəldi. Həmin məktubda mənə evlənmə təklifi etmişdi. Mən də ona dedim ki, get Azərbaycanda mənim anam var, o səni bəyənsə, mən də bəyənəcəyəm”. Konsertə “Aşka sürgün” serialının oyunçularının gələ bilmədiyini deyən M. Qırmızıgül bu açıqlaması ilə bəzi tamaşaçıları məyus edib: “Siz bilirsiniz ki, artıq Türkiyədə dizi mövsümü başlayıb. Bu səbəbdən də mən Bakıya Zilansız gəldim. Onun və digər oyunçuların film çəkilişləri var idi”. Sənətçi Bakıya növbəti səfəri zamanı “Aşka sürgün” serialının oyunçuları ilə gələcəyinə söz verib. Daha sonra konsertə gələn bütün azyaşlı uşaqları səhnəyə dəvət edən sənətçi onlarla birgə mahnı ifa edib. O, tezliklə yenidən bakılı pərəstişkarları qarşısında çıxış edəcəyinə söz verib. Qeyd edək ki, konsertə informasiya dəstəyi verənlər sırasında APA İnformasiya Agentliyi də var idi. /APA/


























1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR