Bank Of Baku

“Evrovision”da Azərbaycanı təmsil edəcək şəxsin müəyyən edilməsi məqsədilə keçirilən seçim turunun I mərhələsi başa çatıb

“Evrovision”da Azərbaycanı təmsil edəcək şəxsin müəyyən edilməsi məqsədilə keçirilən seçim turunun I mərhələsi başa çatıb
# 05 oktyabr 2007 16:36 (UTC +04:00)
APA-nın əldə etdiyi məlumatlara görə, II turun bir həftə sonra keçirilməsi gözlənilir. I turda 30 müğənninin ifası dinlənilsə də, nəticələr hələlik məlum deyil. Sənətçi Röya isə müsabiqənin seçim turunda iştirakdan imtina edib. İradə İbrahimovanın da seçim turunda iştirak etmək istəmədiyi deyilir. Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Gənclər və İdman Nazirliyinin həyata keçirdiyi ilk seçim turu qapalı keçirilib. 15 nəfərlik münsiflər heyətində Gənclər və idman naziri Azad Rəhimov, professor Nərgiz Paşayeva, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru Akif Məlikov, bəstəkarlar Vaqif Gərayzadə, Faiq Sücəddinov, xalq artisti Təranə Muradova, “Evrovision” müsabiqəsinin təşkilat komitəsinin nümayəndəsi təmsil olunub. Müsabiqədə iştirak edəcək sənətçilər sırasında Samir Bağırov, İlhamə Qasımova, Ayaz Qasımov, Samirə, Nurlan Növrəsli, Xəyyam, Elton Hüseynəliyev, “Rast” qrupu, Elnarə və başqaları var.Dinləmələrdə iştirak edən Teymur Əmrahın APA-ya bildirdiyinə görə, iştirakçılardan daha çox Emil Əliyevin ifasını bəyənib: “Emil Əliyevin musiqi təhsili yoxdur, onu hələ Azərbaycan cəmiyyətində heç kim tanımır. Amma onun belə nüfuzlu müsabiqədə iştirakı üçün arıqlaması lazımdır”. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR