Bank Of Baku

Pərvanə Dostəliyeva: “Çox təəssüf edirəm ki, damarlarımda Nazpəri Dostəliyevanın qardaşının qanı axır”

Pərvanə Dostəliyeva: “Çox təəssüf edirəm ki, damarlarımda Nazpəri Dostəliyevanın qardaşının qanı axır”
# 16 oktyabr 2007 09:36 (UTC +04:00)
Bu sözləri APA-ya açıqlamasında Pərvanə Dostəliyeva deyib. O əməkdar artist Nazpəri Dostəliyevanın “Pərvanə Dostəliyeva soyadını daşımır” fikrinə münasibət bildirərək deyib ki, Pərvanə Ağalar qızı Dostəliyevadır: “Nazpəri xanım deyir ki, mənim üstümdə qardaşının ailəsi dağılıb. Bu heç zaman belə ola bilməz. Mənim üstümdə onun ailəsinin dağılması yanlış fikirdir. Onun qardaşı, yəni mənim atam anamdan sonra da bir neçə dəfə ailə qurub, ancaq indiyədək onu ailəli görən olmayıb. Ona görə də onun ailəsinin mənim üstümdə dağılması barədə deyilənlər əsassızdır. Əgər onun ailəsi olmayıbsa, demək o bu məsuliyyəti daşıya bilmir. Mən Pərvanə Ağalar qızı Dostəliyevayam”. Digər bibisi Zeynəb Dostəliyeva ilə də görüşmədiyini deyən P. Dostəliyeva onunla arasının olmamasına baxmayaraq, bibisi olduğu üçün hörmət etdiyini deyib: “Mən ailə söhbətlərini açmaq istəmirəm, kim kimi qapıda qoyub, kim kimə nə edib. Mənim sənət yolumda qarşımı Allahdan başqa heç kim kəsə bilməz. Çünki mənim heç kimə pisliyim keçməyib. Nazpəri xanımın da sənətinə hörmətim var”. İlhamə Quliyevanın onu dəstəklədiyini də vurğulayan P. Dostəliyeva artıq bununla bağlı onunla söhbət etdiyini də deyib: “İlhamə Quliyeva mənə əlindən gələn köməkliyi edəcək və mən ona güvənirəm. Ona görə də bu sənəti atmaq fikrində deyiləm. Nazpəri Dostəliyevanın da mənim yolumu kəsəcəyinə inanmıram. Çünki mənim elə güclü sənətim yoxdur ki, paxıllığımı çəksinlər. O xanım bunu özünə sığışdırmaz. Mən özüm də bunu ondan gözləmirəm. Çünki o, artıq səhnədə öz sözünü deyib”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR