Bank Of Baku

Rəqsanə: “Mənim bacımı Faiq Ağayev tutdurub” - AUDİO

Rəqsanə: “Mənim bacımı Faiq Ağayev tutdurub” - <font color=#FF0000>AUDİO</font>
# 18 oktyabr 2007 15:53 (UTC +04:00)
“Rəqsanənin mənə 23500 dollar borcu var. Bu borcu qaytarmadığı üçün bu gün onu Xətai rayon Məhkəməsinə vermişəm. Qoy, qanun qarşısında cavab versin. Rəqsanənin mənə olan borcunun 20 min dollarını faizə götürmüşəm, 3500 dollar isə birgə işlədiyimiz müddətdə mənə olan borcudur. Nə qədər dansa da, bu pulu mənə verməlidir”. APA-nın məlumatına görə, bu sözləri sənətçi Rəqsanənin keçmiş prodüseri Təranə Səmədova bu gün keçirdiyi mətbuat konfransında deyib. T. Səmədova mətbuat konfransında Rəqsanənin ona borclu olmasını təsdiqləyən SD-ləri da media nümayəndələrinə təqdim edib. Həmin SD-də Rəqsanə Təranə Səmədovanın anası İradə xanımla söhbətində Təranəyə borclu olduğunu təsdiq edib və bu borcu qaytaracağını söyləyib. Rəqsanə deyir: “Adamın adama borcu olar da, yıxılanı baltalamazlar ki... Təranə mənim evimdə olanları niyə gedib ərinə danışıb ki, əri Kərim də gedib bunu Faiq Ağayevə xəbərləyib. Mənim bacımı Faiq Ağayev tutdurub. Bunun günahı isə Təranə və Kərimdədir”. Rəqsanənin bacısının, həqiqətən də, Türkiyədə tutulduğunu deyən Təranə Səmədova bunu təsdiqləyən sənədlər də nümayiş etdirib: “Burada Rəqsanənin və mənim Türkiyəyə getdiyimiz biletlər var. Sizə təqdim edəcəyim digər fakt isə bacısı Ellada Türkiyədə tutulanda Rəqsanənin ona yazdığı məktublardır. Bu məktubları mən Rəqsanənin bacısına faksla göndərmişəm. Həmin məktublarda Rəqsanə yazıb ki, “bacı narahat olma, onsuz da hər şeyi pul həll edir”. Bunlar faktdır. Necə ola bilər ki, indi mənim yalan danışdığımı deyir? Yalanın yekəsini onun özü danışır. Bacısı hazırda həbsdədir. Avqustun 17-si, ya 18-i Rəqsanə İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə çağırılmışdı. Həmin gün biz Şəmkirdən toydan qayıdırdıq. Həmin gün Rəqsanənin yarım saatlıq toyu və 4 restoranda şou-proqramı var idi. Onu idarəyə aparanda mən də getdim, ancaq məni içəri buraxmadılar. Mən də Rəqsanəyə dedim ki, heç nə danışmasın, desin ki, bütün suallara vəkili cavab verəcək. Ancaq içəri gedəndən sonra mənimlə telefonla əlaqə saxladı və bildirdi ki, danışmağa məcburdur. Bu da mənim ona yaxşılığım. İndi isə deyir ki, bu məsələnin mətbuata çıxmasında və yayılmasında mənim və həyat yoldaşım Kərimin birbaşa rolu var. Rəqsanənin anasının da bu işdə əli olub. O da cinayət məsuliyyətinə cəlb edilmişdi. 1978-ci il təvəllüdlü Ellada İsmayılova Rəqsanənin və anası Adilə Həsənovanın qurbanı oldu”. Mətbuat konfransında iştirak edən T. Səmədovanın həyat yoldaşı, müğənni Kərim isə Rəqsanəyə görə ailəsinin bir neçə dəfə dağılmaq təhlükəsi ilə üzləşdiyini deyib: “Rəqsanə min kişi ilə hoqqadan çıxırdı, mənim həyat yoldaşımı isə gecə saat 3-də, 4-də evə gətirirdi. Mən ona dəfələrlə xəbərdarlıq etmişdim ki, həyat yoldaşımı evə vaxtında gətirsin. O insan xoşbəxt ailə görəndə dözə bilmirdi. Rəqsanə ailəli qadınlara paxıllıq edir və bu paxıllıq ömürlük olacaq”. Müğənni Kərim Faiq Ağayevlə görüşdüyünü və Rəqsanənin bacısının Türkiyədə həbs olunması xəbərini ona dediyini də təsdiq edib: “Bəli, mən Faiq Ağayevlə görüşmüşəm. Təbii ki, müğənnilər bir-birilə həmkarı barədə danışacaqlar. Mən də o görüşdə dedim ki, Rəqsanənin bacısını Türkiyədə insan alveri maddəsi ilə tutublar. Guya Elladanın Türkiyədə tutulmasında Azərbaycanın hüquq-mühafizə orqanları xəbərsiz idi? Axı o Azərbaycan vətəndaşıdır. Elladanın Azərbaycanda tutulmasında da Faiq Ağayevi günahlandırırlar. Faiqin işi-gücü qurtarıb ki, onun bacısı ilə məşğul olsun?” T. Səmədova Rəqsanənin yeni prodüseri Tolikin onu şantaj etdiyini də deyib: “Tolik deyir ki, onda mənim Rəqsanənin maşınında ağlaya-ağlaya həyat yoldaşım Kərimin və Faiq Ağayevin əleyhinə danışığımı əks etdirən səs yazıları var. Mən bunu danmıram. Ancaq mən prodüserəm, belə sözlər deyə bilərəm, bəs Rəqsanə niyə deyir ki, bu işdə Faiqin əli var? Mən ağılsızam, Rəqsanəyə nə gəlib?” Tolikin onun “mavi” olması ilə bağlı dediklərini isə şantaj hesab etdiyini deyən Kərim prodüseri bu sözlərinə görə məhkəməyə verəcəyini deyib: “O kişi deyil ki, mən onunla kişi kimi danışım. Onu məhkəməyə verəcəyəm və onun mavi olduğunu ekspertizada təsdiqlətdirəcəyəm. Hamı kimin kim olduğunu bilir. Tolik elə Rəqsanənin adamıdır ki, onunla işləyir. Mənim ailəm, həyat yoldaşım var və yaxın vaxtlarda ata olacağam. Ancaq o həyatda heç nə qazanmayacaq. O, Təranəyə deyib ki, bu işdən əl çəkməsə, Kərimin mavi olduğu barədə şayiə buraxacaq. Tolik deyib ki, guya onda mənim mavi olduğumu sübut edən video disk var. Varsa, çıxartsın üzə...”
Mətbuat konfransı zamanı jurnalistlərlə telefonla əlaqə saxlayan Tolik isə hazırda Rəqsanə ilə birgə Moskvada olduqlarını deyib: “Biz Moskvadayıq. Halbuki Təranə Rəqsanənin Azərbaycandan kənar çıxmasına qadağa qoyulduğunu demişdi. Bu da bir yalan. Qaldı ki, mənim Kərim haqqında dediklərimə, Azərbaycan şou-biznes nümayəndələrinin 80%-i kimi Kərim də mavidir. Kərim, əgər sən mənim “qoluboy” olduğumu deyirsənsə, bu, heç də yenilik deyil. Mən mavi olduğumu etiraf etmişəm və edirəm. Bu məsələ biz Bakıya qayıtdıqdan sonra davam edəcək. Biz Rəqsanə ilə birgə mətbuat konfransı keçirəcəyik, orada görüşərik”.
Müğənni Faiq Ağayev Rəqsanənin ittihamlarına cavab verməyib. Onun mətbuat xidmətindən isə APA-ya bu barədə söylənilənlərin uydurma olduğu, aşağı səviyyəli düşüncənin məhsulu olduğu bildirilib: “Bütün bunlar cəfəngiyatdır, absurd fikirlərdir və həqiqətən çox uzaqdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR