Bank Of Baku

Tolik: “Mən mavi olduğumu danmıram, amma Kərim danır”

Tolik: “Mən mavi olduğumu danmıram, amma Kərim danır”
# 19 oktyabr 2007 13:58 (UTC +04:00)
Bu açıqlamanı APA-ya müğənni Rəqsanənin prodüseri Tolik verib. Azərbaycan şou-biznesində və Azərbaycanda Kərimdən çox hörmətli kişi olduğunu bildirən Tolik bəzi faktları açıqlayıb: “Mən xəstə olanda Kərim, Təranə və həmin oğlan dostu mənim evimdə qonaq qalıblar. Onda Təranə heç onun nişanlısı da deyildi. O oğlan da divanda yatmışdı. O zaman oğlanın küsüb getməyi, Kərimin onun dalınca qaçması böyük faciəyə çevrilmişdi. Təranə şəxsən özü mənə demişdi ki, o oğlan Kərimin həyatına daxil olub. O ki qaldı Kərimə, onun kimi “kişilər” heç zaman mənim zövqümdə olmayıb”. Tolikin fikrincə, indi bu məsələdə Təranədən çox Kərim özünü reklam edir: “Təranəyə demişəm ki, mən Rəqsanə davasına qarışmıram. İstəyirdim ki, Kərim də buna qarışmasın”. Rəqsanənin pis günündə yanında olduğunu bildirən Tolik Təranə Səmədova ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyini deyib: “Mən Təranə Səmədovanın cinayət məsuliyyətinə cəlb olunması tələbi ilə Daxili İşlər Nazirliyinə ərizə yazacağam. Çünki Təranə hər yerdə deyir ki, Rəqsanə bacısının həbsdən azad olmasına görə dövlət orqanlarına rüşvət verib”. Tolikin ona şər atdığını və onunla məhkəmədə görüşəcəyini bildirən sənətçi Kərim APA-ya açıqlamasında bildirib ki, onun hansı cinsə mənsubluğu məhkəmədə, ekspertiza nəticəsində sübut ediləcək: “Düzdür, Təranə, mən və o oğlan onun evinə gəlmişik. Ancaq o oğlan orada qalmayıb, çıxıb gedib. Tolik mənim guya özümü onunla qalmaqala girərək reklam etdiyimi deyib. Qoy, nə istəyirsə desin, onun sözləri mənim üçün hava kimi bir şeydir”. Rəqsanənin keçmiş prodüseri Təranə Səmədova isə APA-ya açıqlamasında bu açıqlamalarla Tolikin özünə reytinq topladığını bildirib: “Tolik bir gün deyir ki, bizimlə özünü reklam etmək istəyir, bir gün deyir Rəqsanə borcunu danmır, bir gün deyir Kərim mavidir, bir gün deyir Təranənin məhkəməyə verəcəyəm. Konkret bir qərar versin də... Bəlkə “Şoutame” layihəsi üçün özünə reytinq qazandırmaq istəyir?” /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR