Bank Of Baku

“Eurovision”da Azərbaycan təmsilçisinin müəyyən edilməsi üçün keçirilən seçim turunun finalına 6 sənətçi vəsiqə qazanacaq

“Eurovision”da Azərbaycan təmsilçisinin müəyyən edilməsi üçün keçirilən seçim turunun finalına 6 sənətçi vəsiqə qazanacaq
# 24 oktyabr 2007 10:46 (UTC +04:00)
APA-nın əldə etdiyi məlumata görə, II turda ictimaiyyət arasında çox tanınmayan 15 iştirakçı dinlənilib. Dinləmələrdə iştirak edən bir sıra tanınmış simalar isə özlərini göstərə bilməyiblər. Belə ki, Azərbaycan şou-biznesi və estradasında daha çox gündəmdə olan şəxslər hətta II tura vəsiqə qazana bilməyiblər. Dinlənilən 15 iştirakçıdan final mərhələsinə 5-6 sənətçi keçəcək. Həmin 5-6 iştirakçının peşəkar səhnə vərdişlərinin artırılması üçün isə ciddi hazırlıq işləri aparılacaq. Hələlik final mərhələsinin keçirilmə vaxtı müəyyənləşməyib. II tura vəsiqə qazanan Natəvan Həbibi isə seçimə qatıla bilməyib. Onun II seçim turunda iştirak etməməsinin səbəbi isə səhhəti ilə bağlı olub. Sənətçinin ailəsindən APA-ya bildirilib ki, II turun seçimində iştirak etmədiyi üçün Nətavan Həbibinin “Eurovision”da Azərbaycanı təmsil etməsi mümkün olmayacaq.
Qeyd edək ki, “Eurovision”a hazırlıq üçün keçirilən müsabiqədə münsiflər heyəti 15 nəfərdən ibarətdir. Münsiflər heyətində gənclər və idman naziri Azad Rəhimov, Natəvan Şeyxova, Salman Qəmbərov, Zülfiyyə Xanbabayeva, Faiq Sücəddinov, Vaqif Gərayzadə, Gövhər Həsənzadə, Yalçın Cabbarov, Nərgiz Paşayeva, Təranə Muradova, İsmayıl Ömərov, “Eurovision” müsabiqəsinin təşkilat komitəsinin nümayəndələri təmsil olunurlar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR