Bank Of Baku

Natəvan Həbibi Elməddin Cəfərovla duet oxuyacaq - FOTOSESSİYA

Natəvan Həbibi Elməddin Cəfərovla duet oxuyacaq - <font color=#FF0000>FOTOSESSİYA</font>
# 24 oktyabr 2007 13:24 (UTC +04:00)
APA-nın informasiya dəstəyi verdiyi layihə ilə bağlı növbəti veriliş oktyabrın 27-də efirə gedəcək. Layihənin təşkilatçıları və iştirakçıları layihə ilə bağlı APA-ya açıqlamalar veriblər.

Layihənin rəhbəri Ramiz Hüseynzadə




- Mən bu layihə üzərində 1 ildən artıqdır işləyirəm. Bu layihə Rusiya və Türkiyə kanallarında həyata keçirilib. Uzun hazırlıqdan sonra bu layihəni həyata keçirməyə müvəffəq oldum. Bu layihədə iştirak etmək üçün bir çox müğənnilərə müraciət etdim. Həmin müğənnilərin bəziləri layihədə iştirakdan imtina etdilər. Layihənin ilk verilişi efirə gedəndən sonra narazı olan sənətçilər bizə zəng edib bu layihənin növbəti verilişində iştirak etmək istədiklərini bildirdilər. Seçilən və reytinqli bir veriliş olacağına inanıram. Layihə uğur qazansa, ildə iki dəfə də həyata keçirilə bilər. Bəlkə də tamaşaçılarımız artıq şou-biznes nümayəndələrinin qalmaqallarından yorulublar. Mən inanıram ki, bu veriliş birincilik əldə edəcək. Qalmaqal şou deyil, əslində şou budur. Fikrimcə, ictimaiyyət üçün Kənan, Elməddin, Cavanşir və digər qeyri-müğənnilərin ifasını eşitmək olduqca maraqlı olacaq. Tamaşaçıya bu gün şou daha maraqlıdır. Müsabiqənin qalibini isə qiymətli hədiyyə gözləyir.

Layihənin münsifi bəstəkar Vüqar Camalzadə




- Populyar müğənninin müğənniliyə aidiyyəti olmayanla bir səhnəni bölüşməsi olduqca maraqlıdır. Mən bu layihənin reytinq qazanacağına və böyük auditoriya kütləsi toplayacağına inanıram. Layihədə ancaq müğənnilər iştirak etsəydi bu adi veriliş hesab edilərdi. Hələ ki, hansı cütlüyün daha üstün olacağını haqda dəqiq bir şey deyə bilmərəm. Görüm hansı cütlük özünü daha yaxşı göstərəcək.

Verilişin aparıcısı Emin Əfəndi




- Verilişin aparıcılıq missiyası mənə həvalə olunub. Ümidvaram ki, bu, çətin olmayacaq. Bu verilişi aparmaq üçün təcrübə vacibdir və məndə də təcrübə yetərincədir. 4 ilə yaxındır ki, şou-xarakterli verilişlərə aparıcılıq edirəm. Mənim xəmirim burada yoğurulub. Bu aurada işləməkdən zövq alıram.

Layihədə iştirak edən Kemal Cenk İçten




- Bu verilişin analoqu yoxdur. O səbəbdən layihədə iştiraka razılıq verdim. Bu layihənin uğuruna inanıram. Azərbaycan teleməkanında bu cür layihələrə ehtiyac duyulur. Mən müğənni deyiləm və özümü müğənni görmək istəmirəm, sadəcə, bu layihədə iştirak edəcəyəm. Bu işi davam etdirmək fikrim də yoxdur. Daha öncə biz seçirdik, indi isə bizi seçəcəklər.

Layihədə iştirak edən rejissor Kənan M.M




- Bu layihəyə dəvət olunanda mənimlə zarafat etdiklərini düşündüm. Mən özüm duet ortağı kimi Röya və Xatirəni qeyd etdim. Onlardan başqa heç kiminlə oxuya bilmərəm, çünki onların mahnılarını oxuya bilərəm. Müğənni olmaq həddindən artıq çətin bir şeydir. Rejissora nə var ki? Qışqırır elə yox, belə. Bundan sonra müğənnilərlə mülayim rəftar edəcəyəm. Mən səhnəyə çıxıb mikrofonu əlimə almağa utanıram. Hələ də düşünürəm ki, mən o səhnəyə necə çıxacağam. Müğənnilər şükür etsinlər ki, mən müğənni olmamışam, yoxsa bu sənətə nifrət edərdilər.

Layihənin rəhbəri Ramiz Hüseynzadə APA-ya deyib ki, layihə çərçivəsində “Şeron” qrupu aktrisa Vəfa Zeynalova ilə (SMS nömrəsi 94101), Xatirə İslam rejissor Kənan M.M ilə (SMS nömrəsi 94102), Nura Suri Kamal Cenk İçtenlə (SMS nömrəsi 94103), İzzət Bağırov aparıcı Elnarə ilə (SMS nömrəsi 94104), Xəyyam Nisanov Rəqqasə Fatimə ilə (94105), Natəvan Həbibi Elməddin Cəfərovla (SMS nömrəsi 94106), Xuraman Şuşalı jurnalist Cavanşir Babəlioğlu ilə (SMS nömrəsi 94107), Günel Məhərrəmli meyxanaçı Elşən Xəzərlə (SMS nömrəsi 94108) duet ifa edəcək. Cütlüklərin ilk duetləri bu həftənin şənbə günü saat 22:00-da efirə çıxacaq. Gələn həftədən isə “Qızıl duet” olaraq efirə çıxacaq. Gələn həftədən etibarən iştirakçıların ifaları başa çatdıqdan sonra SMS-lər vasitəsi ilə cütlüyün biri layihəni tərk edəcək. Layihənin baş sponsoru “Azercell”, təşkilati dəstəyi “Crea Producthion”dur. Layihənin baş rejissoru isə Tahir Xəlfəquliyevdir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR