Bank Of Baku

Manananın toyu gələn ilin yanvarında Bakıda olacaq

Manananın toyu gələn ilin yanvarında Bakıda olacaq
# 25 oktyabr 2007 11:04 (UTC +04:00)
Toy Bakıdakı “Sarı gəlin” şadlıq sarayında keçiriləcək. Toyda Azərbaycan mətbəxi ilə yanaşı, qonaqlara gürcü mətbəxindən də yeməklər təklif olunacaq. Müğənninin gələcək həyat yoldaşının adı Georgidir: “Bakıdan sonra Gürcüstanda da toy olacaq. Bakıdakı toya Gürcüstandan sənətçilər gələcək və bu toy digər el şənliklərinə oxşamayacaq. Xaricdən kimisə dəvət etməyi düşünmürəm”. Toya Azərbaycandakı bütün həmkarlarının dəvət olunacağını deyən sənətçi, mərasimdə sənətçilərin hamısının çıxış etməyəyəcəyini bildirib:
“Xüsusi ssenari əsasında keçiriləcək toyun tamadası gürcü adət-ənənələrini yaxşı bilən şəxs olacaq”. Gələcək həyat yoldaşının onunla həmyaşıd olduğunu vurğulayan sənətçi onun gözlədiyi və arzuladığı nişanlı olduğunu deyib: “ Həmişə düşünmüşəm ki, mənim ailəm sevgi üzərində qurulmalıdır. Nişanlım çətin anlar yaşadığım anlarda həyatıma gəldi və mənə dayaq oldu”.
Manananın sözlərinə görə, o nişanlısı ilə bir il üç ay bundan əvvəl Qara dənizdə tanış olub. Toydan sonra soyadını dəyişməyəcəyini bildirən sənətçi, bu soyadla səhnəyə gəldiyini və tanındığını bildirib: “Manana Çeparidze olduğu kimi qalacaq, sadəcə Manana artıq subay yox, ailəli bir insan olacaq. Mən bundan sonra daha ürəklə işləyəcəyəm. Ailə qurduqdan sonra isə bir uşaq anası deyil, bir neçə uşaq anası olmaq istəyirəm. Mən ailədə tək olduğum üçün böyük ailə sahibi olmaq istəyirəm. Mənim qardaşım və bacım olmadığı üçün övladılarımın da belə tənhalıqla üzləşməsini istəmirəm. Mən ailəmi və yaradıcılığımı birgə qorumağa çalışacağam”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR