Bank Of Baku

“Eurovision-2008”də Azərbaycan sənətçisinin ifa edəcəyi mahnının hazırlanması beş bəstəkara həvalə olunub

“Eurovision-2008”də Azərbaycan sənətçisinin ifa edəcəyi mahnının hazırlanması beş bəstəkara həvalə olunub
# 25 oktyabr 2007 12:43 (UTC +04:00)
Mahnının sözlərinin kim tərəfindən yazılacağı isə hələ müəyyənləşməyib. Belə ki, musiqi yazıldıqdan sonra sözləri Azərbaycan dilində yazılacaq, daha sonra həmin mahnı ingilis dilinə tərcümə olunacaq. Mahnı hazır olduqdan sonra isə “Eurovision” müsabiqəsində Azərbaycan təmsilçisinin müəyyənləşdirilməsi üçün keçirilən seçim turunun final mərhələsi keçiriləcək. Kastinqlərin final mərhələsinin noyabrın sonu, dekabrın əvvəllərində keçirilməsi nəzərdə tutulub. Final mərhələsində münsiflər heyətində 2006-cı ildə Rusiyanı “Eurovision” müsabiqəsində təmsil edən və həmin ilin ikincisi olan Dima Bilanın iştirakı gözlənilir. Final mərhələsinin konsert formasında, daha böyük məkanda keçirilməsi nəzərdə tutulub. Artıq iki gün bundan əvvəl “Eurovision” müsabiqəsində Azərbaycan
təmsilçisinin müəyyənləşdirilməsi üçün keçirilən seçim II turun nəticələri də məlum olub. Belə ki, II turda ictimaiyyət arasında çox tanınmayan 15 iştirakçı dinlənilib. Dinləmələrdə iştirak edən bir sıra tanınmış simalar isə özlərini göstərə bilməyiblər. APA-ya etibarlı mənbədən verilən məlumata görə, dinlənilən 15 iştirakçıdan final mərhələsinə 7 sənətçi keçib. Onlar arasında Emil Əliyev, Səbinə Babayeva, “Sing your song” müsabiqəsinin qalibi Elnur, “Anformal” rok qrupu, Fuad Musayev, “Akademiya” müsabiqəsinin iştirakçıları Aytac və Cəbrayıl seçilib. Qeyd edək ki, “Eurovision”a hazırlıq üçün keçirilən müsabiqənin münsiflər heyətində 15 nəfər təmsil olunur. Münsiflər heyətində gənclər və idman naziri Azad Rəhimov, Natəvan Şeyxova, Salman Qəmbərov, Zülfiyyə Xanbabayeva, Faiq Sücəddinov, Vaqif Gərayzadə, Gövhər Həsənzadə, Yalçın Cabbarov, Nərgiz Paşayeva, Təranə Muradova, İsmayıl Ömərov və “Eurovision” müsabiqəsinin təşkilat komitəsinin nümayəndələri təmsil olunur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR