Bank Of Baku

Türkiyə məhkəməsi müğənni Rəqsanənin bacısı Ellada İsmayılova barəsində bəraət hökmü çıxarıb

Türkiyə məhkəməsi müğənni Rəqsanənin bacısı Ellada İsmayılova barəsində bəraət hökmü çıxarıb
# 26 oktyabr 2007 10:47 (UTC +04:00)
Bu barədə APA-ya E. İsmayılovanın vəkili Bəylər Məmişov məlumat verib. Hakim Rukiye Çelikin sədrlik etdiyi məhkəmədə E. İsmayılova və Türkiyə vətəndaşı 1981-ci il təvəllüdlü Arzu Seytin mühakimə olunub. Məhkəmənin hökmündə göstərilib ki, cinayət materiallarında təqsirləndirilən şəxslərə qarşı irəli sürülən ittihamda konkret və qanuni sübutlar yoxdur. İttiham aktına görə, E. İsmayılova zərərçəkmiş, şərti adı Lalə olan qadını Bodruma aparıb və Lalə 2005-ci ilin noyabrından 2006-cı il mayın 15-dək burada qalıb. Lalə bu müddətdə E. İsmayılova və A. Seytinin onu fahişəliyə məcbur etdiklərini bildirib və fahişəliyə təhrik maddəsi ilə iddia qaldırıb. Lakin təqsirləndirilən şəxslər irəli sürülən iddianı qəbul etməyiblər.
Vəkil B. Məmişov Türkiyədə E. İsmayılovanın barəsində cinayət işinə xitam verilməsini əsas gətirərək, Azərbaycan tərəfinin də işə xitam verməsi üçün artıq istintaqa vəsatət təqdim etdiklərini bildirib. Vəkilin sözlərinə görə, qanunvericilikdə bir cinayət əməlinə görə iki dəfə məhkəmə keçirilə bilməz.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 144-1.1-ci (insan alveri, yəni şəxsin alğı-satqısı və ya onun istismar edilməsi məqsədilə dövlət sərhədindən keçirilməsi üçün və ya eyni məqsədlə digər şəxslərə verilməsi üçün cəlb edilməsi, əldə edilməsi, gizlədilməsi, verilməsi) maddəsi ilə ittiham olunan E. İsmayılova barəsində Nərimanov rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Onun anası Adilə Həsənovaya qarşı isə CM-in 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil və ya cinayətkar təşkilat tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. E. İsmayılova və A. Həsənova insan alverinin qurbanı olmuş bir qadının ifadəsi əsasında həbs ediliblər. A. Həsənova isə səhhətindəki problemlə əlaqədar ölkəni tərk etməməklə bağlı iltizam alındıqdan sonradan sərbəst buraxılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR