Rəqsanə: “Təranəyə söyləmişəm ki, sən də mənə bacımı Faiq Ağayevin tutdurduğunu demisən”
- Xeyr, əslində bu sözü deyən Təranə xanım özü mənim maşınımda çox hörmətli Faiq Ağayevin adını çəkmişdi. O demişdi ki, həyat yoldaşı Kərim Faiq Ağayevlə görüşüb nəinki mənim haqqımda, bir çox müğənnilərlə bağlı plan cızır. Mənim mühafizəçim də Təranənin səsini telefona yazmışdı. O deyirdi ki, çox vicdan əzabı çəkir. Onun bu sözlərindən sonra mən Faiqə zəng edib onunla görüşdüm və bildirdim ki, Təranə onun adını çəkir. Mən onun adını hallandırmaq istəmədiyimi də dedim. Bundan sonra mətbuat konfransı keçirib bu səs yazısını ortaya çıxarmaq da istəyirdim. Amma Faiq bunu istəmədi və dedi ki, disk ortalığa çıxsa, gərək düşmən olaq. Faiq dedi ki, əgər bir insan gəlib ərinin sənə satıbsa, deməli, o, düzgün adam deyil. Faiq düz deyir, mən onu təsdiqləyirəm. Mənim də əlimdə Təranə ilə bağlı faktlar var, amma onları açıqlamıram. Təranənin açıqlamaları mənim üçün maraqlı deyil. Əslində bundan sonra heç nədən qorxum yoxdur, onsuz da mənə olanlar oldu. Mən deməmişəm ki, bacımı tutduran Faiq Ağayev olub. Əgər Təranə konkret olaraq oturub mənim maşınımda Faiq haqqında bu formada danışırsa, elə mən onun dediyini özünə söyləmişəm. Demişəm ki, sən də gəlib mənə demisən ki, bacımı Faiq Ağayev tutdurub. Amma təbii ki, Azərbaycan hüquq-mühafizə orqanları Faiq Ağayevin sözü ilə hərəkət etmir. İkincisi, günahı olan insan cəzasını çəkməlidir, günahı yoxdursa, bu da sübut olunacaq. Hazırda mənim əlimdə bacımın Türkiyədə həbsi ilə bağlı bəraət kağızı var və mən onu məhkəməyə təqdim edəcəyəm.
- Deyirsiniz ki, Faiq Ağayevi günahlandırmamasınız?
- Xeyr, Faiqlə mənim heç bir qəsdi-qərəzim, düşmənçiliyim yoxdur. Hansısa yoldan keçən bir qadın gəlib bizi şərləyibsə, buna Faiq neyləsin?
- Faiq Ağayevdən üzr istəməyiniz doğrudur?
- Yox, mən Faiqdən üzr istəməmişəm. Ümumiyyətlə, heç kimdən üzr istəməmişəm və həyatı boyu da istəməyəcəyəm, çünki mənim heç kimin yanında gözü kölgəli işim yoxdur. Hətta yüz milyardlarla pul təklif olunsa belə, yenə də heç kimdən üzr istəmərəm. Sadəcə, hörmət etdiyim insana qarşı səhvim olubsa, “bağışla” söyləyə bilərəm. Biz Faiqlə iki dəfə görüşüb, dost kimi üz-üzə oturaraq, arada olan narazılıqları danışmışıq və bir-birimizi başa düşmüşük. Amma Təranə Faiqlə mənim arama düşmənçilik salmaq üçün çox çalışdı. Mən Təranə ağılda deyiləm. Mən ondan öncə onun Faiqin adını çəkdiyi diski aparıb Faiqə təqdim etmişəm, o da mənə inandığını deyib. İndiyənə kimi açıqlama verməməyimin səbəbi isə Türkiyədən gələn sənədi gözləməyim olub. İndi sənəd əlimdədir, Türkiyədə heç bir işə görə pul almırlar, Azərbaycanda da həmçinin. Bugünkü günə kimi də deiyilir ki, guya vəkilə 30-40 min dollar pul vermişəm. Mən heç kimə bir qəpik də verməmişəm. Təranə demişdi ki, mənə Azərbaycandan çıxmağa qadağa qoyulub, amma mən iki gün əvvəl Moskvadan gəlmişəm. Mənim suçum yoxdursa, nəyə görə mənə qadağa qoyulmalıdır? Məgər şou-biznesdə olanların azının qohum-əqrəbası həbsxanada yatır? O zaman onları da Azərbaycandan kənara qoymasınlar. Əgər bacımın səhvi varsa, qoy qanunları qarşısında özü cavab versin. Türkiyədən bacımın sənədini gətirməkdə məqsədim o idi ki, Elladanın heç bir pis işlə əlaqəsi olmadığını göstərim. Əgər əlaqəsi olsa, Türkiyə məhkəməsindən o boyda kağız göndərməzdilər.
- Hazırda Faiq Ağayevlə danışırsınız?
- Bəli, Moskvaya getməmişdən öncə Faiqə zəng vurdum, ona Təranənin mətbuat konfransı keçirəcəyini və bundan narahat olmadığımı da dedim. Ona bildirdim ki, Təranə mətbuat konfransında adımdan istifadə edib, Faiqin adını çəkə bilər, amma burada mənim günahım yoxdur. Ona dedim ki, əgər mən ondan şübhələnsəydim, mətbuat konfransı edib, diski də ortalığa çıxarardım. Faiqlə düşmən deyiləm, hansısa müğənni ilə də söz-söhbətimiz olubsa, mən heç birindən qorxmuram. Hətta sənəti atmaq istəyərdim. Oxumaq istəmirdim, ancaq həqiqətən də yaxşı insanlar, məni sevənlər yardım etdilər. Xüsusən də, Tolikin yanımda olmağı mənə böyük dəstək verdi. Açığı, həvəsdən düşmüşdüm, çıxıb getmək istəyirdim. Sonra düşündüm ki, lazım deyil. Bu qədər paxıllığımı çəkənlər var.
- Faiq Ağayev deyib ki, Rəqsanənin neçə illər ərzində qazandığını bacısının bir gecədə yerə vurmasına təəssüflənir...
- Mənim heç bir işim yerə vurulmayıb. Səhv etmirəmsə, bir müddət əvvəl Faiq Ağayev haqqında da söz-söhbəttlər gəzirdi. Hətta onun qardaşı yox, özü barədə danışırdılar. Amma Faiq yenə həmin Faiqdir, Rəqsanə də elə həmin Rəqsanədir. Az olub ki, bizim müğənilərin başına belə oyunlar gəlib? Əgər biz insan hüquqlarından danışırıqsa, hər kəs özünə cavabdehdir. Bacımın uşaqları mənim yanımda olduğuna və mən onlara baxdığıma görə, mənim adımdan istifadə etdilər. Bir xanım da var, Təmiz Dünya İctimai Birliyindəndir, o müsahibələrində demişdi ki, bir neçə il bundan əvvəl həmin qız onlara məndən pul istəyib, mən də ona pul verməmişəm. Bir müddət keçəndən sonra o qız təkrar şikayət verib. Deməli, bu insanlar şantajla məşğuldurlar. Məndən pul istəyiblər, verməmişəm və gedib başıma bu oyunu açdılar. Özü də bizi şərləyən şəxsi qız kimi təqdim edirlər. Qızın yanında 4 yaşında qızı olur? Qız alveri ilə məşğul olan insanın əlində 5-10 dənə qız olmalıdır. Bir nəfərin üzünə durması ilə adamdan “qız alverçisi” düzəltmirlər. Türkiyədən sənədlər gələndən sonra mən əminliklə bacımın günahsız olduğunu deyirəm. Türkiyədə hər şey ortalığa çıxandan sonra həmin qız bacımı şərlədiyinin yazılı etiraf edib, o sənədlər də var. Yenə deyirəm, əgər bacımın bu qara işlərdə əli varsa, mən bacımdan həmin vaxt imtina edəcəyəm. Əgər onun bu işlər də əli olubsa, mənim o adda bacım yoxdur. Əli yoxdursa, qoy onda bu iftiralar araşdırılsın.
- Təranə mətbuat konfransında bacınız Türkiyədə həbsdə olarkən ona yazdığınız məktubları da nümayiş etdirdi. Orada yazmısınız ki, “narahat olma, hər şey pulla həll olunur, o da ki var”...
- Bəli, mən bacıma məktublar yazmışam. Həbsxanada insan ac qalmır ki... Ona yemək, geyinmək lazımdır. Amma Türkiyədə mən hökumətə pul ödəyib, bacımı həbsxanadan çıxartdırmamışam. Sadəcə, bacımın həbsdə olması mənə çox əziyyət verib, qazanmışam, ona göndərmişəm. Türkiyəyə məktub yazmaq eyibdir ki? Təranənin başına daş düşsün ki, mənim bu cür etimadımdan sui-istifadə edib. Bəli o məktublarda yazmışam ki, “fikirləşmə mən sənin arxanda durmuşam, bacınam, köməklik edəcəyəm. Uşaqlarına, mamaya baxıram”. Nə varsa, həqiqəti yazmışam. O məktubları yaymağı heç mənə təsir etmir. Əksinə, mənə zəng vuran insanlar ailəmə bağlı olmağımdan məmnunluqları ifadə edirlər. Ailəmin arxasında dayanacaq atam, qardaşım yoxdur, bu ailənin arxasında duran insan mənəm. Bu olaylarda mən təkbaşına savaşıb, mübarizə aparmışam. Bu o demək deyil ki, Rəqsanə şou-biznesdən getdi. Belə baxıram ki, mənim şou-biznesdən getməyim çoxları üçün sərfələdir. Bilmək olmaz, hələ başqalarının başına nə işlər gələcək.
- Siz İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə çağrıldığınızı danırsınız?
- Bunu o idarədən soruşun, mən bu suala nə müsbət, nə də mənfi cavab verə bilərəm.
- Toliklə aranızda baş verən narazılıqdan sonra yenidən onunla birgə işləməyə necə razı olduğunuz?
- Tolik bununla artıq üçüncü dəfədir ki, mənim yanıma işə qayıdır. Tolik mənim yanıma gələndə Təranə də işləyirdi. Mən onlara dedim ki, hərəsinə 10 faiz qazanc verəcəyəm, amma Təranə Tolikin mənim yanımda olmağı ilə barışmadı və qarşımda seçim qoydu. Mən də qadın kimi Təranəyə üstünlük verdim, Tolik də dedi ki, heç o da işləmək istəmir. Amma mənimlə Tolik arasında narazılıq olmayıb. Bu dəfə də Toilikin qayıtmağı mənə çox dayaq oldu. Hazırda yeni albom üzərində işləyirəm, Fuad Əlişovun rejissorluğu ilə klip çəkəcəyik. Hər şey artıq keçmişdə qaldı.
- Evdən çıxarılmağınızla bağlı da söz-söhbətlər gəzir?
- Yalandır, mən həmin evdə yaşayıram, inanmırsınızsa, gəlib baxa bilərsiniz. Bu mənim öz evimdir və bu evdən məni heç kim çıxara bilməz. Bu evdə kirayə qalmağımla bağlı deyilənlər yalandır. Tutaq ki, mənim evim deyil, başqasının evidir. Əgər bacım belə bir işdə günahlandırılırsa, məni niyə evdən çxıarırlar ki? O zaman yüzlərlə, minlərlə insanı çölə atmaq lazımdır.
- Bacınızın işi ilə bağlı son vəziyyət necədir?
- Artıq Türkiyədən onun bəraət alması ilə bağlı sənəd gəlib. Bundan sonra məhkəmə olacaq. Amma istintaqın gedişi barədə məlumat verməyə mənim ixtiyarım yoxdur.
- Bir müddət öncə başınızı qapadacağınızı demişdiniz...
- Mən Ramazan ayında oruc tutub, ibadət elədim. Namaz qılmağa da başlamışam. Örtük örtmək öz istəyim idi, amma bir neçə dindarlarla məsləhətləşdim, dedilər ki, əgər başımı bağlasam, sənətdən tamamilə getməliyəm. Çünki başı bağlı insan oxuya və içki məclisində ola bilməz. Yəni dinə qullu edən insan tamamilə başqa yolda olmalıdır. Bilirsiniz ki, mənim qazancım bu sənətdən çıxır, ailəmi bununla saxlayıram. Ola bilər ki, nə zamansa sənətdən ayrılam. Onda mütləq örtük bağlayacağam.
- Bu məsələlər Sizin yaradıcılığınıza nə dərəcədə zərbə vurdu?
- Nüfuzdan düşməmişəm. Elə sənətçilər var ki, onların başına bundan da pis hadisələr gəlib . Ancaq bu gün bir nömrədilər. Amma bu mənə zərbə oldu. əlim-ayağım işdən soyudu, oxumaq istəmirəm, çox ruhdan düşmüşəm, Toliklə hər gün davamız olur. O mənim proqramlara çıxmağımı istəyir, amma mən istəmirəm. Amma düşmənlərimi sevindirməməyə çalışıram. İnsanları tanıya bilmirəm. /APA/
Xəbər Lenti
DÇ-2026: İngiltərə Xorvatiyanı məğlub edib
Tramp: İsrail Livanda daha yumşaq davranmalıdır
Rütte NATO daxilində fikir ayrılıqlarını azaltmaq üçün ABŞ-a səfər edəcək
Merz: İsrail Yaxın Şərqdə gərginliyin mənbəyinə çevrilməməlidir
G7 ölkələri Ukraynada uzaqmənzilli raketlərin istehsalını nəzərdən keçirir
Tramp: ABŞ və İran arasında saziş 48 saat ərzində imzalana bilər
DÇ-2026-da növbəti sensasiya: Portuqaliya Konqo DR ilə heç-heçə edib
CNN ABŞ və İran arasında əldə olunan 14 maddəlik anlaşma memorandumunun mətnini dərc edib
İran öhdəlikləri yerinə yetirdikcə ABŞ sanksiyaları mərhələli şəkildə ləğv edəcək
Vladimir Putin Kazanda Hakan Fidanı qəbul edib
Niderland Ukraynaya 500 milyon avroluq yeni hərbi yardım ayıracaq
Rusiyada yüngülmühərrikli təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb
İsrail Qəzzada HAMAS-ın snayper bölməsinin komandirinin məhv edildiyini açıqlayıb
Tramp: İranla müharibənin davam etməsi iqtisadi fəlakətə səbəb ola bilərdi
ABŞ Rusiya və Çini nüvə silahlarının azaldılması ilə bağlı birgə saziş bağlamağa çağırıb
ABŞ Prezidenti: Zelenski və Putin danışmalıdır, lakin bunu necə edəcəklərini bilmirlər
Tramp: İranla yekun saziş 60 gün ərzində əldə olunmasa, zərbələr bərpa ediləcək
Ağdamda sel təhlükəsi aradan qaldırılıb, 60 evin qaz təchizatı bərpa edilib - YENİLƏNİB
Tramp: ABŞ İranla imzalanacaq memorandumun mətnini İsrailə təqdim edib
II və III ixtisas qrupları üzrə mayın 24-də keçirilən qəbul imtahanının nəticəsi elan edilib
Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdərə şəhərində keçirilib - FOTO - YENİLƏNİB
Ceyhun Bayramov Koreya xarici işlər nazirinin müavini ilə görüşüb
Əlaqələndirmə Qərargahının iclasının iştirakçıları Xocalıda salınmış intensiv meyvə bağları ilə tanış olub
Könül Vəlibəyli və daha 2 nəfərin öldüyü, 25 nəfərin xəsarət aldığı yanğınla bağlı məhkəmə başlayıb
Xocalıda heyvandarlıq kompleksi ilə tanışlıq olub
Əmanətlərin Sığortalanması Fondunda ABŞ nümayəndə heyəti ilə görüş keçirilib
Xocalının Daşbulaq kəndində baramaçılığın inkişafı üçün yaradılmış infrastruktura baxış keçirilib
Deputat Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı təqsirləndirilənlərdən biri barədə qərar verilib
Samvel Karapetyanın seçki blokundan deputatlığa namizəd tutulub
Sosial xidmətin inkişafına dair Dövlət Poqramının icrası müzakirə olunub
Robert Koçaryana qarşı cinayət işi başlanacaq
"QHT işi" üzrə ittiham olunan mərkəz rəhbərinə hökm oxunub
"Bloomberg": Aİ lideri Ukraynada müharibəni sonlandırmaq üçün Putinlə əlaqə qurmağa çalışır
Abraham Hamade Milli Məclisin sədrini ABŞ Konqresində görməyi arzuladığını bildirib
XİN rəhbəri: 907-ci düzəliş Azərbaycan-ABŞ tərəfdaşlığının səviyyəsi ilə uzlaşmır
Baş prokuror İƏT nümayəndə heyəti ilə görüşüb
Vens: İran davranışını əsaslı şəkildə dəyişməsə, iqtisadi imkanlardan faydalana bilməyəcək
Dələduzluq piramidasının admini olan şəxsə cəza istənilib
Xətaidə mağazadan 10 min manat oğurlanıb
AZAL iyunun ilk yarısında Naxçıvan istiqamətində 47 mindən çox sərnişinin daşınmasını təmin edib
HP: Rəqəmsal iqtisadiyyat qlobal ÜDM-in 17,3 faizini təşkil edir
ADY və Asiya İnfrastruktur İnvestisiya Bankı arasında əməkdaşlıq istiqamətləri müzakirə edilib
Həbsdə olan şəxsin vaxtilə gizlətdiyi silahlar tapılıb - FOTO
“Azərsun Holdinq” “Milli Xalq Oyunları” Festivalına dəstək verib
Ukrayna ordusu Qara dənizdə Rusiyanın “kölgə donanması”nın tankerini və iki körpünü vurub
Oman Sultanı Prezident İlham Əliyevə təbrik ünvanlayıb
Əlaqələndirmə Qərargahının iclasının iştirakçıları “Dəmirli” Filiz Emalı Kompleksində görülən işlərlə tanış olub
Bakıda 51 kq narkotik dövriyyədən çıxarılıb - VİDEO
Müdafiə naziri: Ukrayna dronları Krımı adaya çevirəcək
Təhsil tələbə krediti üzrə 85 min müqavilə rəsmiləşdirilib