Zeynəb Dostəliyeva: “Mənim Nazpəri adında bacım yoxdur”
- Onun əvvəldən bir problemi vardı, mənim ailə qurduğum insan dövlətli, onunku isə kasıb idi. İlk paxıllıq o zamandan başladı, o vaxtdan gözü götürmədi məni. Onun qisməti indi kimdə var? Kefdədir indi, harada nə istəyir, danışır. İndi mənim bacımın saniyəsi 1500 dollardır. Mənim heç bir ayım 1500 dollara başa gəlmir. Bütün söz-söhbətlərin kökündə gözü götürməzlik dayanır. Müsahibəsində məni xəstə adlandırıb. Nazpəri, müharibə edirsənsə, gəl açıq müharibə edək, bir-birimizi xəstə adlandırmağın nə mənası var?.. Məni xəstə adlandırmaqdansa, paxıl olduğunu etiraf et. Etiraf et ki, nəinki başqasının, hətta doğma bacının müvəffəqiyyətinə dözə bilmirsən. Doğrudur, mən xalq artisti deyiləm, ancaq xalq arasında hörmətim səninkindən artıqdır. Çıxaq canlı ifalarımızla xalq qarşısında meydana... Mən səni çağırıram, gəl, canlı oxuyaq, görək, hansımız qalib gəlirik. Qaldı onun xeyriyyə konsertləri verməsinə, İmişlidə yox, başqa rayonlarda xeyriyyəçilik etsəydi, daha yaxşı olardı...
- Nazpəri xanımın məhz İmişlidə konsert verməsi nə ilə bağlıdır ki?..
- İmişli onun sonuncu məşuqunun rayonudur, ona görə də məhz İmişlidə xeyriyyə konserti verib. Bir insan ki, çıxıb bir saniyəsinin 1500 dollar olduğunu deyir, onun xeyriyyəçilik etməsi nə dərəcədə həqiqətə uyğundur? Mən düz yola qayıtması üçün ömrüm boyu ona yalvarmışam. Demişəm, paxıllığı kənara at, insan bacısının paxılı olmaz. Bu səni içəridən yandırırsa, üzə də vuracaq, vaxtından tez qocalacaqsan. Keçirdiyin plastik əməliyyatlara baxmayaraq, qırışacaqsan. Heç Rokfeller saniyəsinin 1500 dollar olduğunu demir. Bu, Rokfellerdən dövlətlidir?.. Adamın savadı olar, burada da savadsızlığını göstərir. Əgər mən xəstəyəmsə, niyə mənə gözəllik salonu açmağı məsləhət gördün, oxumağı yox? Sənin doğma bacına verdiyin qiymətdən sonra əməkdar artist adının səndən alınmasını tələb edirəm. Xalq artisti adını isə qulağının ardını görəndə görərsən. Bunu sənə mən deyirəm, mən xalqın etimadını göndərilən SMS-lərdən gördüm. Yəqin xalq artisti adını da pulla alacaqsan. Ancaq bir-bir insanların imzasını toplayacağam, görək xalqın hansı nümayəndəsi sənə səs verib? Sən hansı muğam dəsgahını oxuyub, hansı operanı oynamısan? Nə qədər mən, mən, mən olar? Sən səhnəyə “Nazlana-nazlana” mahnısı ilə gəlmisən, kim səni tanımır ki?.. Kilo yarım da “makiyajın” var idi. Kiprik yapışdırırdın, saç qoyurdun... Axı sən səhnəyə ağır musiqi ilə gəlməmisən. Hansı uşaq evinə yardım etmisən, 20 yanvar faciəsində kimə hansı köməyi etmisən, kimə qan vermisən? And içərəm ki, heç kimə, çünki o canından başqa heç kimi istəmir. Ancaq mən 20 yanvarda zərərçəkən kimi ev-eşiyimin hayında qalmadım, gecə ilə özümü xəstəxanaya çatdırdım. Bir gündə iki dəfə qan verdim. Mən elə-belə söz danışmıram, faktla danışıram.
- Nazpəri xanımı səhnəyə Siz gətirmisiniz?
- Zaman-zaman qoşa pencək tikdirib onu yanımda musiqiçilərlə qadın toyuna aparırdım. Onda mənim tələbəm idi, amma indi bacısını bəyənmir. Mənə xəstə deyir, hansı psixoloji xəstəxanadan mənim xəstəlik kağızım var? Harada qeydiyyata düşmüşəm, yazılmışam, hansı siyahıda adım var? Bir də məni xəstə adlandırsa, onu mütləq məhkəməyə verəcəyəm. Qoy, ayırd etsinlər, görək, mən həqiqətənmi xəstəyəm, yoxsa bu insan mənə bütün respublika qarşısında şər atır. Bundan sonra mən ona bacı deyə bilmərəm, mənim Nazpəri adında bacım yoxdur.
- Barışmaq heç cür mümkün deyil?
- Nə danışırsınız, bəlkə də nə zamansa niyyətim olardı, keçərdim onun üçün. Ancaq Sizə müsahibəsində bir neçə dəfə deyib ki, ona eyib olar narazılığın səbəblərini açıqlasa... Bizim nəsildə eyibli bir insan varsa, o da Nazpəri Dostəliyevadır. Hamı bilir ki, bir saniyənin 1500 dollar olması səviyyəsinə sən hansı yollarla gəlib çıxmısan...
- Hansı yollarla?
- Özü yaxşı bilir. Bir az yazıq Ələddin ona kömək etdi, gətirdi qabağa.
- Ələddin Nazpəri xanımın həyat yoldaşı idi?
- Yox, elə-belə yaşadığı adam. Onun həyat yoldaşı Nəriman idi. Nərimanın da onun səhnəyə gəlməsinə az köməyi olmamışdı. Nəriman onu bir-iki konsertə çıxardıqdan sonra isə artıq onu bəyənmədi, boşandı. Sonra kimləri deyim? Bütün siyahı məndədir, elə eləməsin ki, bir-bir o adamların adını açıqlayım. Mən neçə ildir, Yeni Azərbaycan Partiyasının üzvüyəm, bəs Nazpəri xanım hansı partiyanın üzvüdür? O mənim sənətdə yolumu kəsib. Keçən ilin mayında Səid Rüstəmovun 100 illik yubileyinə hazırlaşanda bir ay Nəriman Əzimovun rəhbərlik etdiyi orkestrlə birgə məşq etmişəm. Nəyə görə mənim adımı həmin proqramdan çıxartdırıb?
- Haradan bilirsiniz ki, o çıxartdırıb?
- Mənim reklam olunmağıma imkan verməyən yeganə insan bacımdır. Bunu Vüqar Əhməd, Nəriman Əzimov da təsdiq edir. Nəriman müəllim dedi ki, Səid Rüstəmovun 100 illik yubileyinin proqramından məni bacım çıxartdırıb. Nazpəriyə zəng vurdum ki, niyə məni proqramdan çıxartdırmısan? Dedi ki, başı qarışıqdır, mayın 5-də uşağının toyudur, həmin konsertdə olmayacaq. Nəriman Əzimov isə mənə dedi ki, “mayın 2-də gəl filarmoniyaya bacını görəcəksən”. Necə demişdi, elə də oldu, mayın 2-də gəldim gördüm, Nazpəri xanım ordadır. Mayın 3-də Səid Rüstəmovun yubileyində Nazpəri xanım çıxıb oxuyanda, filarmoniyanın işıqları söndü. Bilirsiniz, niyə belə oldu? Əməllərinə görə, Allah onu cəzalandırdı. Mənimlə onun arasında 3 il fərq var, ancaq orda-burda 10, 15 yaşdan danışır.
- Nazpəri xanımın oğlunun toyuna getmək istəyərdiniz?
- O məni toya çağırmadı, qardaşım məni dəvət etdi. Mən də dedim ki, sən oğluna toy edəndə, çağırarsan, gələrəm. Əlbəttə onun oğlunun toyuna getmək istəyərdim. Mən iki övladıma toy etmişəm, ikisində də Nazpəri xanımı yuxarı başqa oturtmuşam. Qızımın toyu olan bahalı restoranı da o seçmişdi, sözünü yerə salmadım. Hərçənd ki, pulunu ödəməyə bir qəpik də kömək etmədi, nə də pul saldı. Qonaqlara da deyirdi ki, toya pul salmasınlar, toy pulsuzdur. Oğlunun toyuna isə qızımı dəvət edib, məni çağırmayıb. O mənə böhtanlar atıb. Hətta ailə quran qızımın ailəsini dağıtmaq istəyib, ancaq gücü çatmayıb.
- Nazpəri xanım deyir ki, qardaşlarınız da Sizinlə danışmırlar...
- Mən hamı ilə danışıram, mənim danışmadığım adam yoxdur. Qardaşlarımı o öyrədib, ərimin qohumunun üstünə tapança ilə göndərəndə, bilmirdi ki, mən onları qəbul etməyəcəyəm? Nazpəri qardaşım İlqarı tutdurub basdırıb dama, indi balalarına çörək verir. Aygün də İlqarın qızıdır, çıxardır səhnəyə. Çox şeyi bilmirsiniz axı, hər şeyi açıb tökmək olmur...
- Axı Pərvanə də Sizinlə danışmadığını bildirdi...
- Niyə ki, danışırıq. Evimdə onun qızımla şəkli də var. İnanmayanlara göstərə bilərəm.
- Nazpəri xanımın oğlanlarının Sizə münasibəti necədir?
- Onlarla aram yaxşı idi. Bu yaxınlarda oğlu Əkbərdən soruşdum ki, niyə anan belə edir? “Dedi ki, bacındır da, tanımırsan, Zeynəb...” Xala da yox ha, daha xala da demir. 15 ildir, mən ondan çəkirəm. İndi isə onu meydana çağırıram. Elə bir ansamblı dəvət edəcəyik ki, nə o deyən olsun, nə də mən... Püşk atacağıq, hansı ansambl düşdü, düşdü. Mikrofonun biri onda, biri məndə olacaq. Nə istəyir, oxuyaq, qoy xalq baxıb hansımızın gic, hansımızın ağıllı olduğunu qərarlaşdırsın.
- Axı, Siz indi o qədər də populyar deyilsiniz, çəkinmirsiniz?
- Əşşi, gündəmdə çoxları var ki, musiqidən xəbəri yoxdur. Sadəcə, yaxşı bədən quruluşu var, çıxıb də səhnəyə.
- Nazpəri Dostəliyevanı da belələrindən sayırsınız?
- Yox, Nazpəri belələrindən deyil. Məndə səs varsa, onda da var. Ancaq mən ona paxıllıq etməzdim. Mən onunla fəxr edərdim ki, belə bacım var. Mən onun bütün mənfi cəhətlərinə göz yummuşam. Ancaq artıq dözə bilmədim, artıq səbir kasam doldu. Mənim haqqımda eyibli nə bilirsə, çıxıb danışsın, çox xahiş edirəm, buyursun. Allaha şükür, 15 il mənim Tofiq kimi ərim olub, mən yalnız o rəhmətə gedəndən sonra səhnəyə çıxdım. Ələkbər Tağıyev, Hafiz Baxış kimi insanlar mənə zəng vurub dedilər ki, niyə tez ailə qurdum, mənim sənətim vardı. Dedim ki, mentalitetimizə görə, qadının kişisi varsa, çörəyini verirsə, onunla dolanmalıdır.
- Toylara gedirsiniz?
- Toya haradan gedim? İndi televizorda görünməyəni toya aparmırlar. Camaatın çoxunu əsl oxuyanlar yox, reklamlı müğənnilər maraqlandırır.
- Bəs rayonlara?
- Rayonlara da getmirəm. Uzaq yoldur, qorxuram başıma bir iş gələr... /APA/
Xəbər Lenti
Sabah yağış yağacaq, leysan olacaq
Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib
Yaponiyada güclü yağışla bağlı xəbərdarlıq elan edilib
Delsi Rodrigez Venesuela ilə ABŞ arasında 25 illik neft sazişinin detallarını açıqlayıb
ABŞ İnstitutu: Rusiya Ordusu Ukraynada Slavyansk istiqamətində hücuma hazırlaşır
Dağlıq və dağətəyi rayonlarda yağış yağıb, qısamüddətli leysan olub
Axios: MKİ direktoru Tramp-Putin-Zelenski görüşünün keçirilməsini təklif edib
Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Nepalda daşqın nəticəsində ölənlərin sayı 734 nəfərə çatıb
Nigerdə hərbi qiyamın qarşısı alınıb
DSX: Şəkidə dağlıq ərazidə itlərin ağır yaraladığı Niderland vətəndaşı təxliyə edilib - VİDEO
Filippində musson yağışları və tayfunlar 32 nəfərin ölümünə səbəb olub
Tibetdə torpaq sürüşməsi nəticəsində 261 əcnəbi itkin düşüb
Telegraph: Rusiya “Bandеrol” raketləri ilə Ukraynanın Qara dəniz limanlarını bloklayıb
İspaniya Seutadakı miqrantlarla bağlı Aİ-dən yardım istəyib
Tusk: Rusiya yeni eskalasiyaya hazırlaşır, Ukraynanın HHM sistemləri gücləndirilməlidir
ABŞ-ın “Covenant” şirkəti Almaniyada raket istehsalına başlamağı planlaşdırır
Rumıniya pandemiyadan sonra bərpa üçün Aİ vəsaitlərinin 770 milyon avrosunu itirə bilər
Fransa yeni nəsil qırıcı təyyarənin yaradılmasında İsveçlə əməkdaşlığa hazırdır
"Siemens" rəhbəri Aİ-nin Çinə qarşı genişmiqyaslı tariflərinə qarşı çıxıb
Robert Fitso: Aİ-nin Ukraynaya dəstəyi strateji səhvdir
WSJ: ABŞ Yaxın Şərqə silah göndərməklə Avropa və Asiyadakı arsenallarını tükədib
Netanyahunun oğlu ABŞ-dan İsrailə təcili təxliyə edilib
Danimarka hərbi xidmət yaşında olan ukraynalılara yaşayış icazəsi verməyi dayandırıb
Türkiyə Super Liqası: “Qalatasaray” öz meydanında çətin qələbə qazanıb
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
ABŞ gübrə çatışmazlığı səbəbindən ərzaq böhranı ilə üzləşə bilər
Türkiyə və Somali piratlara qarşı birgə əməliyyat keçirib, 14 nəfər öldürülüb
KİV: Merz seçkilər öncəsi Rusiyaya qarşı Aİ-dən ayrıca sanksiyalar tətbiq edəcək
Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir - YENİLƏNİB
Politico: Rusiya Kiyevə və Çerniqova quru hücumlarına hazırlaşır
Kürdəmirdə yol qəzasında 5 nəfər xəsarət alıb
"Manset.az" xəbər portalının yerləşdiyi redaksiya binasında yanğın baş verib - FOTO
Qrossi: AEBA Zaporojye AES ətrafında yeni atəşkəs zonası yaratmağa çalışır
Pit Heqset ABŞ prezidentliyinə namizədliyini irəli sürməyəcəyini bildirib
MEDİA: “Ajmedia.news” Media Reyestrində yoxdur və fəaliyyəti qanunsuz hesab edilib
Fransa ABŞ-ın “azad müttəfiqi” olduğunu açıqlayıb
Qətər və Türkiyə XİN rəhbərləri regional məsələləri müzakirə ediblər
Şirvanda iki avtomobil toqquşub, ölən və yaralanan var - YENİLƏNİB
İsrail Livanın cənubuna hücum edib
Rusiyada dizel yanacağının ixracına qoyulan qadağanın müddəti uzadılıb
Lənkəranda yanğının ətraf ərazilərə keçməsinin qarşısı alınıb
Ukraynanın Ankaradakı səfiri XİN-ə çağırılıb
Rəsmi Moskva: Avropa ilə münasibətlərin yaxşılaşması üçün əsas yoxdur
Narkotiklərin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib
Nepalda daşqın nəticəsində ölənlərin sayı 668-ə çatıb - YENİLƏNİB