Bank Of Baku

“Best Model of the World” yarışmasında Azərbaycanı Lalə Eyvazova və Rüstəm Cəbrayılov təmsil edəcək - FOTOSESSİYA

“Best Model of the World” yarışmasında Azərbaycanı Lalə Eyvazova və Rüstəm Cəbrayılov təmsil edəcək - <font color=#FF0000>FOTOSESSİYA</font>
# 16 noyabr 2007 16:02 (UTC +04:00)
Dekabrın 8-də Türkiyədə “Best Model of the World” yarışmasında Azərbaycanı 2006-cı ildə “Best model of Azerbaidjan” yarışmasının qalibləri Lalə Eyvazova və Rüstəm Cəbrayılov təmsil edəcək. APA-nın məlumatına görə, bunu iş adamı və Azərbaycanda bu müsabiqənin ilk təşkilatçısı olan Nahid Kabakçı bugünkü mətbuat konfransında deyib. N.Kabakçı bildirib ki, 2006-cı ilin qaliblərinin builki “Best Model of the World” yarışmasında iştirakını müsabiqənin prezidenti Erkan Özərman istəyib. Daha sonra isə N.Kabakçı E.Özərmanın bununla bağlı onlara göndərdiyi məktubu oxuyub: “Bu il Azərbaycanı təmsil edəcək modelləri seçmək üçün ölkənizdən bir çox sənətçi, qurum müraciət etdi. Hamısının çox gözəl təklifləri olmasına baxmayaraq, təəssüf ki, müsbət bir cavab vermədim və bütün bu təklifləri rədd etdim. Çünki keçən il bu yarışmanı qazanan bəy və xanım “Best model of Azerbaijan” ünvanlı modelləriniz Türkiyəyə gələ bilmədilər. Onların Türkiyəyə gedə bilməməsinin səbəbi kimi Aygün Kazımova Lalə Eyvazovanın və Rüstəm Cəbrayılovun pasportlarının olmamasını dedi. Son dəqiqə isə yarışmaya qalib olmayan iki gənc göndərildi. Sırf Azərbaycan yarışmada təmsil edilsin deyə, belə bir addımı rəhbərlik haqqımdan istifadə edərək həyata keçirdim”. N. Kabakçının sözlərinə görə, gənclərin bu yarışmaya qatılmasında özlərinin də rolu böyük olub. Belə ki, iki gənc E. Özərmana məktub yazaraq bu yarışmada iştirak etmək istədiklərini bildiriblər: “Erkan Özərman onların bu istəyini yüksək qiymətləndirərək, həyata keçirmək qərarına gəlib. Gənclər böyük bir həyəcanla və bizlərə güvənərək bu yarışmaya qatılacaqlar. Əgər onlar bir yer qazana bilməsələr bu həm onlar, həm də bizlər üçün çox kədərli olacaq”. Azərbaycanda bu yarışmanın 6 il düzənləndiyini vurğulayan N. Kabakçı “Best Model” yarışmasının İstanbul Lütfi Kırdar salonunda keçiriləcəyini vurğulayıb. Tədbirdə çıxış edən Lalə Eyvazova 2006-cı ildə qalib olmasına baxmayaraq, yarışmaya hələ də qatıla bilməməsindən kədərləndiyini bildirib. Qalib onu da qeyd edib ki, həmin il onun pasportu olub. Lakin Rüstəm Cəbrayılov Aygün Kazımovanın səbəb kimi qeyd etdiyi pasport məsələsini təsdiqləyib: “Düzdür, mənim 2006-cı ildə pasportum yox idi. Bu yarışmaya gedəcəyimizi isə bizə bir həftə əvvəl demişdilər. Bu da çox qısa bir zaman idi. Həm hazırlaşmaq, həm də pasport düzəltmək baxımından gecikirdik. Ona görə də həmin il biz müsabiqədə iştirak edə bilmədik”. /APA/

















1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR