Bank Of Baku

Nahid Kabakçı: “Azərbaycanda bundan sonra “Best Model” yarışması təşkil etməyəcəyəm”

Nahid Kabakçı: “Azərbaycanda bundan sonra “Best Model” yarışması təşkil etməyəcəyəm”
# 16 noyabr 2007 16:00 (UTC +04:00)
“Azərbaycanda “Best Model” yarışmasını nə müğənni, nə model, nə də modelyer yüksək səviyyədə həyata keçirə bilməyəcək. Çünki sənətçinin yalnız bir fikri var, o da ən çox özünü göstərmək. Bu isə sonda yüksək göstərici qazanmağa mane olur”. APA-nın məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında iş adamı Nahid Kabakçı deyib. Onun sözlərinə görə, “Best Model” müsabiqəsinin peşəkar təşkilatçı və prodüser tərəfindən keçirilməsi daha məqsədəuyğundur: “Artıq altı ildir Bakıda “Best Model” yarışması keçirilir. Lakin bu illər ərzində böyük zəhmət sərf olunsa da, tam müvəffəqiyyətli bir yarışma təşkil olunmayıb. Bu illər ərzində Azərbaycanda bu yarışma mənimlə yanaşı, Validə Abbasova, Aygün Kazımova və Lyubov Kuturova tərəfindən təşkil olunub. Azərbaycanda bundan sonra “Best Model” yarışması təşkil etməyəcəyəm. Əgər bu müsabiqənin Azərbaycanda keçirilməsini istəyən yüksək səviyyəli və peşəkar təşkilatçı olsa, gələn il bu müsabiqəni təşkil edə bilər. Mən isə artıq şou-biznesdə təqaüdə çıxdığıma görə bu işlə məşğul ola bilməyəcəyəm”. N. Kabakçı mətbuat işçilərinə Azərbaycanda bu işin öhdəsindən gələcək təşkilatçı kimi biznesmen Türxan Poyruzun adını çəkib: “Bu işin öhdəsindən o, yüksək səviyyədə gələ bilər. Ancaq konkret olaraq Azərbaycanda bir təşkilatçının adını çəkə bilmərəm. Bəlkə də ildən-ilə bu sahə inkişaf edəcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR