Bank Of Baku

Xuraman Şuşalı: “25 illik yubileyimdə əməkdar artist adı almaq istəyirəm” - FOTOSESSİYA

Xuraman Şuşalı: “25 illik yubileyimdə əməkdar artist adı almaq istəyirəm” - <font color=#FF0000>FOTOSESSİYA</font>
# 20 noyabr 2007 09:01 (UTC +04:00)
- Xuraman Şuşalının adı niyə hər zaman qalmaqallarda hallanır?
- Mən hər zaman sülh tərəfdarı olmuşam, heç vaxt kiminsə bostanına daş atmamışam. Əksinə, həmişə mənim ünvanıma atmacalar atılıb. 2005-ci ildə Röya jurnalistləri yığıb mənim ünvanıma təhqiramiz sözlər demişdi. Mən bundan sonra iki ay susdum, ancaq sonra danışmaq məcburiyyətində qaldım. Cavabımdan sonra Röya sakitləşdi, sən demə, elə bil, cavab gözləyirmiş. Bunu etiraf edirəm ki, hər aşığın bir dövranı var. Ancaq bilmirəm niyə oturduğum yerdə mənə atmaca atırlar. Elə bilirlər ki, fağıram, deyilənləri cavabsız qoyacağam?! Mənim də səbir kasamın daşdığı vaxtlar olur. Qalmaqal mənə heç nə vermədi, xalqa sevdirmədi. Əslində qalmaqalla gündəmdə qalmağın əleyhinəyəm.
- Röya ilə hazırda münasibətiniz necədir?
- Röya ilə münasibətimiz normal idi. Ancaq bu yaxınlarda yenə də canlı efirdə ünvanıma xoşagəlməz sözlər işlətdi. Doğrusu, belə şeyləri başa düşə bilmirəm. Mən kiminləsə nə rəfiqə, nə dost olmaq istəmirəm, sadəcə salam verib, salam almaq yetər.
- Bəs Natəvan Həbibi ilə necə?
- Natəvan daxilən həmişə xain insan olub, “W trio” qrupunda oxuyanda da. Bunu tək mən demirəm. Bu insanın içi, baxışları həmişə kinli olub. Ona görə də o, qabağa gedə bilmir. Oturub mənim bostanıma daş atır. Necə deyərlər, mən sayanın quluyam, saymayanın ağası.
- Vaqif Gərayzadənin yetirmələri bir-biri ilə niyə yola gedə bilmirlər?
- Vaqif müəllim həmişə bizə məsləhət görürdü ki, heç kəsə qarışmayın, öz işinizlə, sənətinizlə məşğul olun, bunun nəticəsini görəcəksiniz. Mən də öz işimlə məşğulam, ona görə də göz qabağındayam, heç kimə ehtiyacım yoxdur. Mən heç kəsin qarşısında gözükölgəli deyiləm.
- Bildiyimə görə, heç Vaqif Gərayzadə ilə də danışmırsınız? Sizin aranızı kim vurub?
- Mən Vaqif müəllimi çox istəyirəm. Çox heyiflər olsun ki, mənim Vaqif müəllimlə münasibətimi pozdular. Çox artıq sözlər dedilər. Bizim “W trio” qrupunda olan virus bizim Vaqif Gərayzadə ilə aramızda olan münasibətləri pozdu. Amma mən Vaqif müəllimi həmişə çox sevmişəm və sevəcəyəm də. Mən onun yaxşılığını itirmərəm. Vaqif müəllim də kimin səhv, kimin düz olduğunu görəcək. Uman yerdən küsərlər. Hər iki “W trio”nu xain bir virus dağıtdı.
- Xuraman ilə Natəvanı eyni səhnədə, amma bu dəfə canlı ifa “duel”ində görə bilərikmi?
- Mən onların heç birindən qorxmuram. Vokalım vokalından, muğamım muğamından, estradam estradasından güclüdür. Mən studiya müğənnisi deyiləm. Hansı istəyir gəlsin, çıxaq canlı oxuyaq!
- Populyarlıq baxımından Röya və Elnarədən geri qalmağının səbəbi nədir?
- Mən Röya və Elnarədən iki il sonra solo karyeraya başlamışam. İndi sürətlə gəlib onlara çatmaq iddiasındayam. Niyazi adına musiqi məktəbində, İncəsənət Gimnaziyasında, Azərbaycan Milli Konservatoriyasında təhsil almışam. Musiqi savadım onlardan qat-qat yüksəkdir, onlardan öncə toylarda oxumağa başlamışam. O zaman onlar hələ təzə-təzə fonoqramla oxuyurdular. Bugünkü gündə hər müğənni “palatka” toyunda oxuya bilməz. Səhər saat 12-də başlayıb axşam 12-yə kimi toyda oxuyub, səhəri gün də gedib başqa toyda oxumaq hamının işi deyil. Bəlkə də elə onunla səsləri oturar. Fonoqram ilə oxumağa nə var ki, gəl əsil toyda oxu, görüm, oxuya bilirsən?
- Bu gün sənətdə sponsorsuz keçinmək qeyri-mümkündür. Xuramanın sponsoru kimdir?
- Allaha and olsun, sponsorum yoxdur. Mənim sponsorum xalq və toylarımdır. Axı niyə mənə heç kim inanmır?
- Bəs, İlqar Məmmədov kimdir?
- İlqar Azərbaycana çox böyük dəstəyi olan bir insandır. Mən onun məclsilərində, toylarında çox oxumuşam. Xeyirxah bir insandır. Mənə də çox köməyi dəyib.
- Sənin, Röyanın, Natəvanın adı İlqar Məmmədovla hallanır. Bütün bunlar nə dərəcədə doğrudur?
- Vallah bu insan hamıya kömək edir. Allah başından töksün. Məni məclisinə çağırmışdı, getdim oxudum, sag olsun, artıqlaması ilə hörmətimi elədi. Bu insan tək “W trio”nun qızlarına yox, çoxlarına kömək olub. Ancaq hamı bunu açıqlamır.
- Sənətçinin tanınmasında prodüserin rolu nə qədərdir?
- Müğənninin qabında bir şey olmasa, prodüser heç nə edə bilməz. Uzaqbaşı pulun hesabına bir az məhşurlaşa bilər. Ürəyə girib yaşamaq üçün isə pul, prodüser gücsüzdür. Prodüser sadəcə yol göstərəndir.
- Falçılara getməyə, caduya inanmağa səni nə vadar edir?
- Mən falçılara inanmıram. Getməyinə gedirəm, ancaq inanmıram. Falçının mənə yazıb verdiyinə də əməl etmirəm. Ancaq 100 faiz bilirəm ki, mənə nə isə ediblər. Ümidim Allahdandır. Belə insanları heç zaman bağışlamayacağam. Bu, çox alçaq bir yoldur. Mən onlara Allahın lənətini istəyirəm. Cadunu sümüyümə ediblər ki, ölüm.
- Bəlkə depressiyaya tez-tez düşməyinin səbəbi də elə budur?
- Ətrafımda dostlarımın olmaması, insanların mənəviyyatsızlığı, həyatımda baş verənlər məni depresiyaya salır. İnsanlarımız quru asfaltı da bir-birinə qısqanırlar. Belə şeylər məni qorxuzur. Səhnədə də belədir. Ancaq bu, axmaqlıqdır. İnsan özü üçün nə isə etməyə, öz adını qazanmağa çalışmalıdır. Ay, mən gəlib Xuramana söz atım ki, onun səsi yoxdur. Sən get dilindəki qüsurunu düzəlt, görüm düzəldə biləcəksən? Sən kiimsən axı, mənim səsimə rəy bildirirsən? Sən mənim ağzıma baxıb oxumağı öyrənən deyilsən, indi 2-3 qəpik pulun var deyə, özünü adam hesab edirsən. Axı, sən mənimlə niyə yaxşı münasibətdə qalmaq istmirsən ki? Sənə nə pisliyim dəyib ki, mənə qarşı bu cür münasibət göstərirsən. Bəzən insanların səviyyəsiz, düşüncəsiz kin-küdurəti məni qorxuzur. Sən kimsən məni “W trio”ya gətirib, sonra da trio-dan qovasan. Sən özünü nə hesab edirsən ki?
- Bütün bunların arxasında nə dayanır?
- Xainlik, paxıllıq. Vallah yandırıram o insanları. Məndə olanlar onda yoxdur, ona görə danışır. “W trio”dan çıxandan sonra tanınan üçüncü sima mən oldum. Bu səviyyəyə bəziləri kimi o qucaqdan bu qucağa keçməyərək gəlib çıxmışam.
- Amma Xuramanın da bir müddət əvvəl açıq-saçıq şəkilləri qalmaqallara səbəb oldu. Bu şəkilləri çəkdirməyə məcbur idin?
- Efirə çılpaq çıxanların adları mənim qədər söz-söhbətə səbəb olmadı. Bu məsələni məni istəməyənlər çox qapartdı, istəyənlər isə bunu məndən gözləmirdi. Çox zaman məni səhnənin xanım müğənnisi adlandırırlar. Bu, mənim səhvim olub. Bu səhvimin ziyanını gördüm.
- Deyəsən mərasimlərdə çox içirsən. Çoxları düşünür ki, sən məhz bu səbəbdən də avtomobil qəzasına düşürsən.
- Xeyr, bu düzgün fikir deyil. Mən həmin gün oruc idim. İçki içmirəm və heç kim məni içki içən görə bilməz, bunu kiməsə sübut etmək istəmirəm. Bilirəm ki, içmək haramdır. Heç siqaret də çəkmirəm.
- Bəzən səni Rəqsanə ilə eyni səviyyədə tuturlar. Niyə bu səviyyədən çıxa bilmirsən?
- Nə deyim, məni sevən sevir, sevməyənin də canı sağolsun, özü bilər. Varam ki, varlığım onları narahat edir.
- Özünü bozbaş müğənnilər sırasında görürsənmi? Səncə, bu kriteriyaya kimlər aiddir?
- Özümü bozbaş müğənni hesab etmirəm və bu sözü qəti şəkildə bu sənətə yaraşdırmıram. Gərək özümüz-özümüzü baltalamayaq. Bizim səhvimiz ondadır ki, birliyimiz yoxdur, xainliyimiz isə çoxdur. Kimsə irəli getsə, dəstək olmaq lazımdır, ayağından vurub baltalamaq olmaz. Bəzən “palatka” toyunda oxuyan müğənniləri bozbaş adlandırırlar. Fikrimcə, bozbaş müğənni bozbaş yeyilən yerdə oxuyana deyilir. Bəzi toylarda bozbaş verirlər. Məncə, bu, Azərbaycan xalqının musiqisini təhqir etməkdir. Ara müğənnisi demək olar, ancaq bozbaş yox.
- Elitar müğənni olmaq üçün savad mütləqdir?
- Əlbəttə, mütləqdir. Bu gün notla oxuyan müğənnilər çox azdır. Notu tanıyan müğənnilərin sayı da barmaqla sayılacaq qədərdir. Bizim gündəmdə olan müğənnilərin əksəriyyətinin qarşısına not qoysan, oxuya bilməyəcək. Bəlkə də onları yandıran mənim ali savadlı olmağımdır.
- Ailə qurmaq haqqında düşünmürsən ki?
- Əvvəlcə sənət, sonra ailə. Ailə quracağım insan mənim oxumağıma icazə verməli və mənə dəstək olmalıdır. Öz istədiyim zirvəni tutduqdan sonra mən Həccə gedib, qapanmaq istəyirəm. Bu mənim arzumdur. Bir ilə mütləq ailə qurmalıyam.
- İlk solo konserti nə zamana planlaşdırırsan?
- Gələn il 25 illik yubileyimdə solo-konsertlə çıxış etmək istəyirəm. Mən hər şeyi özüm edirəm, mənim heç bir dəstəyim yoxdur.
- Əməkdar artist adını almaq ürəyindən keçmir ki?
- Niyə keçmir, əlbəttə istəyirəm. Çox istərdim ki, gələn il 25 yaşım münasibəti ilə əməkdar artist adına layiq görülüm. /APA/




















1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR