Bank Of Baku

Röya ilə Tolik barışıq elan ediblər

Röya ilə Tolik barışıq elan ediblər
# 23 noyabr 2007 14:09 (UTC +04:00)
Bununla bağlı APA-ya açıqlama verən prodüser deyib ki, işbirliyinə son qoymasına səbəb onun beynəlxalq səviyyəli layihə üzərində çalışması olub: “Mən hazırda bir sıra layihələr üzərində işləyirəm. Bütün bu işlərlə yanaşı Rəqsanənin prodüseri kimi fəaliyyətimi davam etdirə bilmərəm. Bu səbəbdən də düşündüm ki, bu əməkdaşlığa son qoyum”. Rəqsanə bir neçə dəfə Tolikin onunla müqavilə əsasında işlədiyini vurğulasa da, Tolik bunu təkzib edib: “Mənim Rəqsanə ilə işbirliyim müqavilə əsasında deyil. Biz hələ bu müqaviləni imzalamamışıq ki, mən kimdənsə asılı olum. Mən azad insanam, istədiyim işi də görə bilərəm”. Tolik Röya ilə barışdığını da deyib: “Dünən axşam da biz Röya ilə eyni masa arxasında əyləşib müzakirələr etmişik. Bəli, Röya ilə barışmışıq, ancaq hələ ki onunla işləmirəm. Sadəcə, köhnə münasibətlərimizi bərpa edirik. Biz Röya ilə eyni layihədə iştirak edəcəyik, o yarışmada münsiflər heyətində təmsil olunacaq, mən isə həmin yarışmanın təşkilatçısı qismində çıxış edəcəyəm”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR