Bank Of Baku

Faiq Ağayevin dekabrın sonuna planlaşdırdığı iki günlük solo konsert təxirə salınıb

Faiq Ağayevin dekabrın sonuna planlaşdırdığı iki günlük solo konsert təxirə salınıb
# 26 noyabr 2007 12:13 (UTC +04:00)
Əməkdar artist Faiq Ağayevin dekabrın son günlərinə planlaşdırdığı iki günlük solo konsert təxirə salınıb. Bu barədə APA-ya sənətçinin mətbuat katibi Fuad Həsənov məlumat verib. O bildirib ki, iki günlük solo layihə yanvar-fevral aylarında həyata keçiriləcək. Konsertin təxirə salınmasına səbəb isə layihə ilə məşğul olacaq xarici mütəxəssislərin həmin vaxt Bakıya gələ bilməməsidir: “Faiq hər il solo konserti ad günü ərəfəsində həyata keçirirdi. Bu ildə o fikirdə idi, ancaq konsertin dekabrda həyata keçirilməsi ilə bağlı problemlər ortaya çıxdı. Ancaq biz gələn ilin ilk ayı bu layihəni həyata keçirəcəyik”. Konsertin tam Avropa üslubunda hazırlanacağını deyən Fuad Həsənov, sənətçinin iki gün ərzində istifadə edəcəyi geyimlərin də Avropa istehsalı olacağını vurğulayıb. Konsertdə Faiq Ağayevin pərəstişkarları onun ifasında 8 yeni mahnı dinləmək imkanı əldə edəcəklər. Hazırda F. Ağayev yeni mahnıları hazırlamaqla məşğuldur. Sənətçinin iki günlük konserti Heydər Əliyev adına İdman və Konsert Kompleksində gerçəkləşəcək. Fuad Həsənov konsertin biletlərinin aşağı qiymətlə satılacağını vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR