Müğənni Qədir Məmmədov: “Azərbaycandan gedəcəyim barədə bəyanatım qüvvəsindədir”
- Bunun bir çox səbəbi oldu. İndi o səbəbləri açıqlaya bilmərəm. Amma tamaşaçı məndən harada olduğumu soruşurdu. Mən tamaşaçılarımın tələbi ilə səhnəyə qayıtmışam. Təbii ki, səbəbsiz heç nə yoxdur, hələlik açıqlamaq, danışmaq istəmirəm.
- Sizin televiziyalarda görünməyinizə qadağa qoyulmuşdu?
- Yox, mənə heç kim qadağa qoymayıb. Belə olsaydı, bu ay dalbadal iki reytinqli verilişə çıxmazdım ki. Mən reklama xalqın ən çox baxdığı verilişlərdən başladım.
- Söhbət indidən getmir, ancaq 4 il ərzində Siz bir kanalda, bir verilişdə belə görünmədiniz...
- Bəli, heç yerdə görünmədim. Buna özüm qərar vermişdim. Məni incidirdilər, təzyiq edirdilər. Amma bu müddət ərzində xalq tərəfindən sevildiyimi müşahidə etdim. Bəziləri var ki, bir az efirdən kənar düşəndə unudulmaqdan qorxur, ancaq mən 4 il efirdə, reklamda olmadım, yenə də unudulmadım. İki verilişə çıxmağımla telefon zənglərinin ardı-arası kəsilmir. Bütün dünyada reklamına 4 il ara verib unudulmayan sənətçi tanımıram. Çox sevinirəm ki, xalqın mənə olan sevgisi təsdiqini tapdı.
- Bu addımı xalqı yoxlamaq üçün atmışdınız?
- Xeyr, məqsədim tamaşaçını yoxlamaq deyildi. Getməyimin başqa səbəbləri vardı. Amma nə qədər sevildiyimi yoxlamaq üçün bu, həm də bir fürsət oldu.
- Bu 4 ildə sənətlə məşğul oldunuz?
- Bəli, xarici ölkələrdə çox oldum, həm də ölkə içində el şənliklərində iştirak etmişəm. Yalnız musiqi ilə məşğul olmuşam. Sadəcə, efirdə, ekranda olmağı, reklamı dayandırmışdım.
- Bu addımınızla nə əldə etdiniz?
- Onu bilmirəm. Amma bilirəm ki, düz addım atmışam. Qayıtmağım ona görə oldu ki, məclislərə gedə bilmirdim, hamı məni tənqid edirdi. Mənə deyirlər ki, oxumamağa ixtiyarım yoxdur. Tamaşaçılarım söyləyirdilər ki, kimsə səni incidibsə, təzyiq edibsə, o sənin şəxsi problemindir, ancaq sən xalqı incidə bilməzsən. Amma bir daha təzyiqlər olsa, məni bu addımı atmağa məcbur edən səbəbləri açıqlayacağam. Mən mərdi-mərdanə xaqlın tələbi ilə qaytımışam. Bu müddət ərzində həm də media işçilərini incitmişəm, buna görə onlardan üzr istəyirəm. Mən heç bir media nümayəndəsi ilə təmas qurmurdum, bunu hörmətsizlik kimi qiymətləndirmələrini istəmirəm. Sadəcə, efirdə, ekranda, mediada görünməməklə bağlı qərar qəbul etmişdim.
- 4 il ərzində yeni mahnılar yazdırmısınız?
- Bəli, yaxın vaxtlarda həmin mahnılardan ibarət “Hardasan” adlı albomum satışa çıxacaq. Yeni klip çəkdirmişəm, artıq efirlərdə yayımlanır. Yəni, bu müddətdə yalnız musiqi ilə məşğul olmuşam. Çünki bacardığım başqa bir iş yoxdur.
- Bir müddət əvvəl Azərbaycandan gedəcəyinizi bəyan etmişdiniz. Bu addımı niyə atmadınız?
- O bəyanatım yenə də qüvvəsindədir. Yenə də ölkədən getmək ehtimalım var. Mən dediyim sözə əməl edən insanam. Bir qərar verdimsə, bitdi. Özüm üçün qərar qəbul etdim ki, səhnədən, efirdən çəkilirəm, belə də oldu. Çox çətinliklə 4 ildən sonra məni qaytardılar. Ancaq 4 il əvvəl məni getməyə vadar edən səbəblər yenidən təkrarlansa, onda məcbur olub Azərbaycandan gedəcəyəm. Bilirsiniz, əgər mən təzyiqlərə məruz qalıramsa, vuruluramsa, gücüm yalnız özümə çatır. Mən nə kiməsə təzyiq göstərənəm, nə də şikayət edən. Sakit bir adamam, oxumaqdan başqa əlimdən heç nə gəlmir.
- Hara gedəcəksiniz?
- Dünya böyükdür.
- Kənara çəkilməyinizin toy biznesinizə ziyanı oldu?
- Təbii ki, yerlə göy qədər. Bu çox çətin addım idi, amma mən dözdüm. Bu addımı atmaq üçün insandan iradə, cəsarət və səbir tələb olunur.
- Bir ara Qədir Məmmədovun ailəsində də problem olduğu deyilirdi...
- Çox söhbətlər var idi. Biri deyirdi Qədirin səsi batıb, başqa biri ağır xəstə olduğumu, digəri ümumiyyətlə Azərbaycanda olmadığımı söyləyirdi. Hətta bir ara ölüm xəbərim yayılmışdı.
- Sizin bu addımınızı ailəniz necə qarşıladı?
- Mənim atdığım addıma ikinci şəxs qarışa bilməz. Sənətimlə bağlı verdiyim qərarlar mənə aiddir. Ailə üzvlərimin heç birinin musiqi savadı yoxdur, bu sahədə nələr baş verməsi ilə də o qədər maraqlanmırlar. Mən nə addım atıramsa, razılaşırlar.
- Bu müddət ərzində mahnılarınızı oğurlamadılar ki?
- Yox. Bunun da sirri var. Çünki Qədir oxuduğu musiqilərə elə möhür vurub ki, ikinci dəfə o mahnıya heç kim elə həyat verə bilməz.
- İllər keçir, amma Siz imicinizi dəyişmirsiniz...
- Nə olub ki, mənim imicimə? Əgər bu imic mənə yaraşırsa, niyə dəyişdirməliyəm? Hər bir insana yaraşan stil var, onu dəyişmək yaxşı hal deyil.
- Həmkarlarınız arasında dostluq etdiyiniz kimsə varmı?
- Yox, heç bir həmkarımla dostluq etmirəm. Dörd il ərzində heç bir sənət yoldaşımla əlaqəm olmayıb.
- Bəs, bu illər ərzində sənət dostlarınızdan kimsə Sizi axtardımı?
- Yox. Mən efirə çıxdığım ilk gün bir sənətçi belə mənə zəng edib musiqiyə qayıdışımı təbrik etmədi. Bütün xalq mənə zəng edirdi, böyük sensasiya yarandı. Dünyanın hər yerindən zənglər gəlirdi. Telefonlarım bir saniyə belə dayanmırdı. Ancaq musiqi aləmindən bir nəfər belə zəng vurub təbrik etmədi. Açığı, heç kimdən zəng də gözləmirdim.
- Sizcə buna səbəb nədir?
- Mən həmişə musiqidə real qüvvə olmuşam. İndi mənim günahım nədir ki, yaxşı oxuyuram. Biri var səs, biri də var ilahi səs. İlahi səs odur ki, bu Allahın verdiyi istedaddır. Mənim səsim ilahi səsdir. Ona görə də oxuduğum bütün musiqilər sevilir. Nə edim ki, mən oxuduğum mahnıları xalq sevir? Bu mənim günahım deyil.
- Prodüseriniz yoxdur?
- Yox, mənim heç vaxt prodüserim olmayıb, heç olmayacaq da. /APA/
Şou-biznes
Xəbər Lenti
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib
Böyük Britaniya Rusiyanın 10 ən böyük neft hasilatçısı şirkətinə qarşı sanksiya tətbiq edib
AZAL yerli pilot hazırlığını genişləndirəcək, təlimatçıların sayı artırılacaq
Bakıda "17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası" keçirilib