Bank Of Baku

Nahid Kabakçı: “Aygün Kazımovanın etmədiyi işi mən yüksək səviyyədə həyata keçirdim”

Nahid Kabakçı: “Aygün Kazımovanın etmədiyi işi mən yüksək səviyyədə həyata keçirdim”
# 11 dekabr 2007 16:07 (UTC +04:00)
“Aygün Kazımova mənə çox böyük təşəkkür borcludur. Çünki onun etmədiyi işi mən yüksək səviyyədə həyata keçirdim”. APA-nın məlumatına görə, bu sözləri “Best model of the world” yarışmasının təşkilatçılarından olan, iş adamı Nahid Kabakçı deyib. N. Kabakçı 2006-cı ildə Aygün Kazımovanın rəhbərliyi ilə keçirilən yarışmada birincilik əldə edən Rüstəm Zeynalov və Lalə Cəfərovanın “Best Model” yarışmasında təmsil oluna bilməməsinin günahını məhz Aygün Kazımovada görüb, sənətçinin ondan üzr istəyəcəyinə ümid etdiyini də dilə gətirib. 2008-ci ildə Azərbaycanda “Best Model” müsabiqəsinin təşkil olunacağını açıqlayan iş adamı, artıq bununla bağlı bir sıra şirkət rəhbərlərinin Erkan Özərmana müraciət etdiyini deyib: “Dekabrda Erkan Özərman bu yarışmanı keçirmək arzusunda olan iş adamları ilə görüşəcək. Çox güman ki, yaxın vaxtlarda 2008-ci ildə “Best model of Azerbaidjan” yarışmasının təşkilatçısını adı məlum olacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR