Bank Of Baku

Tarkanın konsertinə biletlərin qiyməti 50-300 manat arasında olacaq

Tarkanın konsertinə biletlərin qiyməti 50-300 manat arasında olacaq
# 12 dekabr 2007 11:09 (UTC +04:00)
2008-ci ilin yanvarından Türkiyənin meqa-starı Tarkanın mayın 10-11-də Yaşıl Teatr Bakı Konsert Kompleksində keçiriləcək konsertinin reklamına start veriləcək. Bunu APA-ya açıqlamasında konsertin təşkilatçısı “SƏS Organization”un rəhbəri Nahid Emiloğlu deyib. Artıq reklam çarxlarının və afişaların hazırlanmasına başlanıldığını bildirən təşkilatçının sözlərinə görə, Tarkan bakılı pərəstişkarları qarşısına bu günlərdə işıq üzü görəcək ən yeni albomu ilə çıxacaq: “Tarkanın Bakıdakı konsertində sürprizlər gözlənilir. Bu sürprizləri ancaq iki günlük konsertə qatılacaq tamaşaçılar görəcək. Düşünürəm ki, bu layihəmiz çoxlarını sevindirəcək”. Təşkilatçının sözlərinə görə, iki günlük konsertin biletlərinin qiyməti 50-300 manat arasında olacaq. Mayın 10-da keçiriləcək ilk konsert mərhum prezident Heydər Əliyevin doğum gününə həsr ediləcək.
Layihəyə qoşulmaq arzusunda olan şirkətlər 050-597-99-11 (Gülşən xanım) mobil nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Konsertlə bağlı fikir və düşüncələrini, eləcə də istəklərini bildirmək istəyənlər [email protected], birbaşa təşkilatçı Nahid Emiloğlu ilə əlaqə saxlamaq istəyənlər isə [email protected] ünvanına məktub göndərə bilərlər.
Qeyd edək ki, konsertin informasiya dəstəyi APA İnformasiya Agentliyinə məxsusdur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR