Bank Of Baku

Dima Bilanın Bakıda sabaha planlaşdırılan konserti baş tutmayacaq

Dima Bilanın Bakıda sabaha planlaşdırılan konserti baş tutmayacaq
# 17 dekabr 2007 11:30 (UTC +04:00)
Rusiyanın tanınmış estrada müğənnisi Dima Bilanın Heydər Əliyev adına İdman və Konsert Kompleksində dekabrın 18-nə nəzərdə tutulmuş konserti baş tutmayacaq. APA-nın məlumatına görə, konsertin təxirə salınmasına səbəb Dima Bilanın işlərinin çox olması və konsertin təşkilatçıları ilə razılığa gələ bilməməsidir. “Tvoy nomer 1” adı altında keçirilməsi nəzərdə tutulan konsertin biletləri 15-50 manata satılıb. Alıcılar biletləri qaytararaq pullarını geri qaytara bilərlər. Qeyd edək ki, sözügedən konsertin noyabrın 29-da keçirilməsi nəzərdə tutulsa da, həmin proqram da təxirə salınmışdı. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR