Bank Of Baku

Fəxriyyə Xələfova: “Yenidən ailə qurmağımla bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil”

Fəxriyyə Xələfova: “Yenidən ailə qurmağımla bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil”
# 19 dekabr 2007 11:56 (UTC +04:00)
Modelyer bildirib ki, onun 14 yaşında oğlu, anası, bacısı və qardaşı var: “Mənim adım bir çoxları ilə hallanıb, hətta məni ərə də veriblər. Ancaq bütün bunlar yalandır. Hətta məni elə bir adama calayıblar ki, o insan, ümumiyyətlə, mənim zövqümdə deyil, sevgilim də yoxdur. Mənə yaraşan, zövqümə uyğun, gözəl bir insanla adımı çıxartsanız, bir o qədər də təsir etməz. Ancaq bu cür şayiənin qarşısı alınmalıdır. Bunu eşitmək belə istəmirəm. Kiminsə bu şayiəyə inanmasını isə qəbul edə bilmirəm”. F. Xələfova onu da bildirib ki, ona sevgisini izhar edəcək insanın boyu 1 metr 96 santimetrdən aşağı olmamalıdır: “Mənim ailə quracağım insan ən azı kişilər arasında keçirilən gözəllik müsabiqəsinin qalibi olmalı, boyu 1 metr 96 santimetrdən aşağı olmamalıdır. Onun xarici görünüşünün mənə uyğun və yaraşan formada olması vacibdir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR