Bank Of Baku

Fəxriyyə Xələfova ilə Rusiya modelyeri Vyaçeslav Mixayloviç Zayçev arasında tele-körpü yaradılıb

Fəxriyyə Xələfova ilə Rusiya modelyeri Vyaçeslav Mixayloviç Zayçev arasında tele-körpü yaradılıb
# 19 dekabr 2007 12:51 (UTC +04:00)
Bu gün “RİA-Novosti” Agentliyində əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova ilə Rusiyanın İncəsənət Akademiyasının akademiki, əməkdar rəssam, tanınmış modelyer Vyaçeslav Mixayloviç Zayçev arasında tele-körpü yaradılıb. APA-nın xəbərinə görə, tele-körpüdə hər iki modelyer öz işlərindən söz açıblar. F. Xələfova Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini, daha sonra isə Türkiyədə Xüsusi Ali Bədii Dizayn məktəbini bitirdiyini deyib. Moda sahəsində 1997-ci ildən fəaliyyət göstərdiyini bildirən modelyer 2005-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəssam-modelyer kafedrasının müəllimi vəzifəsində çalışdığını qeyd edib: “Hazırda moda və dizayn mərkəzinin rəhbəriyəm. Mənim üçün hər bir obraz bir dünyadır, elə bir dünya ki, burada üslub, model, parça, rəng və əhval-ruhiyyə bir vəhdət təşkil edir. Həm sirli naməlum qadın, həm də şahanə ilahə obrazını yaradarkən dizayner müasir dəbin ən əsas xüsusiyyətləri olan qadın incəliyi, sadəlik və təbiiliyi canlandırmağa çalışıram. Qədim Azərbaycan idealımdır. Dünən gecə evdə oturub 10 illik fəaliyyətimi göz önündən keçirdim. Çox işlər görmüşəm, ancaq çox yorulduğumu hiss elədim”.
Tele-körpüdə çıxış edən V. M. Zayçev F. Xələfovanın bu fikrinə münasibət bildirib: “Model sahəsində çox böyük işlər görmüsünüz, həvəsdən düşməkdənsə daha böyük işlər görmək həvəsində olmalısınız. Mən sizi martın 4-də Moskvada keçiriləcək festivala dəvət edirəm”. Rusiya modelyeri bu gün ölkəsində model biznesinə quylan diqqətdən razı olduğunu, ancaq bu sahənin bir o qədər də inkişaf etmədiyini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR