Bank Of Baku

“Eurovision-2008” musiqi yarışmasında Azərbaycanı təmsil edəcək sənətçinin adı gələn həftə açıqlanacaq

“Eurovision-2008” musiqi yarışmasında Azərbaycanı təmsil edəcək sənətçinin adı gələn həftə açıqlanacaq
# 28 dekabr 2007 13:05 (UTC +04:00)
Onun sözlərinə görə, gələn həftə İctimai Televiziyada 5 sənətçi arasında seçim aparılacaq. Canlı olaraq keçiriləcək seçimdə “Sing you song” müsabiqəsinin qalibi Elnur, “Azəri star” yarışmasının iştirakçıları Aynur İskəndərova və Erkin Osmanlı, “Akademiya” musiqi yarışmasının iştirakçısı Aytac Cəfərova və “Unformal” rok qrupu hazırladıqları mahnıları təqdim edəcəklər. L. Əliyevanın sözlərinə görə, şouda “Eurovision” musiqi yarışmasında Azərbaycan təmsilçisinin seçilməsi üçün təşkil olunan münsiflər heyətinin də iştirakı nəzərdə tutulur. L. Əliyeva təmsilçinin seçilməsində səsvermə metodundan istifadə olunacağını vurğulayıb. Azərbaycanı sözügedən musiqi yarışmasında təmsil edəcək sənətçinin adı məlum olduqdan sonra, həmin müğənni 2008-ci ilin martında “Eurovison”a qatılan ölkələrə turneyə çıxacaq. Azərbaycan təmsilçisi həmin ölkələrdə hazıladığı konsert proqramını təqdim edəcək. L. Əliyeva deyib ki, mayda keçirilməsi nəzərdə tutulan “Eurovision” musiqi yarışmasında bir sıra dəyişiklər olacaq. Belə ki, gələn il keçiriləcək yarışmada iki yarımfinal, bir final mərhələsi keçiriləcək. “Eurovision-2008”də ilk dəfə iştirak edəcək ölkələr sırasında Azərbaycandan başqa San-Marino da var. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR