Bank Of Baku

Firudin Qurbansoy: “2008-ci il məhəbbət ilidir”

Firudin Qurbansoy: “2008-ci il məhəbbət ilidir”
# 29 dekabr 2007 14:23 (UTC +04:00)
Bu sözləri APA-ya qarşıdan gələn illə bağlı proqnozlarını söyləyən astroloq Firudin Qurbansoy deyib. Astroloq 2008-ci ilin məhəbbət ili olacağını da vurğulayıb. Onun sözlərinə görə, bütün il boyu ailə qurmaq istəyənlər üçün böyük imkanlar yaranacaq: “Gələn il incəsənət sahəsində çalışan subayların ailə quracağı gözlənilir. Gələn il sevənlərin, ailə quranların, uşaq dünyaya gətirənlərin sayı çoxluq təşkil edəcək. 2008-ci ildə dünyaya gələn uşaqlar da çox gözəl olacaq. Bu il daha çox torpaq ünsürlü bürclərə uğur gətirəcək. Yeni il hələ martda daxil olacaq. Yanvarın 1-dən sadəcə təqvim dəyişir”.
Astroloq onu da bildirib ki, 2008-ci il meymun, kəsəyən, əjdaha ilində doğulanlar üçün daha uğurlu olacaq: “Siçan həddindən artıq ağıllı insanları və kollektiv əməyi sevmir. Daha çox aqressivliyi ilə seçilir. Ona görə də gələn il alimlərin və jurnalistlərin işi o qədər də yaxşı getməyəcək. Siçan ili oğlaq, buğa, qız bürcü altında dünyaya gələnlərə iş qurmaq üçün geniş imkanlar açacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR