Bank Of Baku

Müğənni Yeganə Mürsəlova barəsində təkrar cinayət işi qaldırıla bilər

Müğənni Yeganə Mürsəlova barəsində təkrar cinayət işi qaldırıla bilər
# 29 dekabr 2007 14:31 (UTC +04:00)
“Müğənni Yeganə Mürsəlova Sumqayıt Şəhər Məhkəməsinin Azərbaycan xalqından üzr istəməsi ilə bağlı qərarına əməl etməsə, cərimələnə, əgər bu cəriməni ödəməsə, onun barəsində təkrar cinayət işi qaldırıla bilər”. Bu açıqlamanı APA-ya Azərbaycan Müəllif Hüquqları Agentliyinin hüquq şöbəsinin baş məsləhətçisi Bəhram Məmmədov verib. Onun sözlərinə görə, müğənninin ifasında “Boylana-boylana” aşıq mahnısına çəkilən klipin yayımına qadağa qoyulması ilə bağlı məhkəmə qərarının surəti bu gün ATV kanalına göndərilib: “Bu klip əsasən ATV kanalında yayımlandığına görə qərarın surəti ilk olaraq bu quruma göndərilib”. Hüquqşünas məhkəmə qərarının yeni ildə digər qurumlara da göndəriləcəyini bildirib. Qeyd edək ki, bu il sentyabrın 25-də Sumqayıt Şəhər Məhkəməsi “Boylana-boylana” aşıq mahnısını təhrif edib oxuduğu üçün müğənninin Azərbaycan xalqından üzr istəməsi və klipin yayımına qadağa qoyulması ilə bağlı qərar çıxarıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR