Bank Of Baku

Sabah Manananın toyudur

Sabah Manananın toyudur
# 07 yanvar 2008 11:17 (UTC +04:00)
Manananın gələcək həyat yoldaşı Georgi isə Bakıya bu gün axşam saatlarında gələcək. Toy hazırlıqlarının yüksək səviyyədə həyata keçirildiyini qeyd edən sənətçinin İtaliyadan sifariş etdiyi gəlinlik paltarı da artıq hazırdır. Azərbaycanda keçiriləcək qız toyundan sonra Manana Gürcüstana yola düşəcək. Yanvarın 26-da Gürcüstanda oğlan toyu olacaq. Manananın nikaha Azərbaycan vətəndaşı kimi daxil olub-olmayacağı isə hələ məlum deyil. Belə ki, sənətçinin Azərbaycan vətəndaşı olmasını təsdiqləyən sənəd hələ Gürcüstana göndərilməyib: “Bu məsələ ilə əlaqədar ola bilər ki, nikahın vaxtını uzadaq. Nikahın oğlan toyunda bağlanmasını nəzərdə tutmuşuq. Ancaq mümkün olmasa, nikaha Gürcüstan vətəndaşı kimi daxil olacağam”. Toyun sabahısı Georgi ilə İtaliyaya yola düşəcəyini bildirən Manana 12 gün orada bal ayı keçirəcəklərini söyləyib. Bal ayı başa çatdıqdan sonra yeni evlilər oradan birbaşa Bakıya gələcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR