Bank Of Baku

Azərbaycan Milli Komandasının kapitanı: “Çto? Qde? Koqda?” verilişində Rusiya və rus dili yox, intellekt təbliğ olunurdu”

Azərbaycan Milli Komandasının kapitanı: “Çto? Qde? Koqda?” verilişində Rusiya və rus dili yox, intellekt təbliğ olunurdu”
# 08 yanvar 2008 16:27 (UTC +04:00)
“Çto? Qde? Koqda?” verilişində Rusiya və rus dili yox, intellekt təbliğ olunurdu. Bu elitar verilişdə sualların əksəriyyəti Azərbaycan tarixinə, mədəniyyətinə aid idi. Biz bu intellektual verilişin Azərbaycan dili variantını 2007-ci ilin martında hazırlasaq da, rus dilində olan proqramın keyfiyyətcə daha üstün olduğunu gördük. Ona görə də indi bizə qarşı belə addım atmağa, intellektual teleproqramın yayımına qadağa qoyulmasına ehtiyac yox idi”. Bu açıqlamanı APA-ya “Çto? Qde? Koqda?” verilişinin baş prodüseri və aparıcısı, Azərbaycan Milli Komandasının kapitanı Balakişi (Balaş) Qasımov verib. Mövcud olduğu 18 il ərzində layihənin həmişə rus dilində hazırlandığını bildirən B. Qasımov Azərbaycanda verilişin ilk televiziya variantının 2006-cı ilin sentyabrında yayımlandığını bildirib: “Bu layihə hər yerdə rus dilində həyata keçirilir, intellektual oyunun dünya çempionatı da rus dilində təşkil olunur. Suallar rus dilində hazırlanır. Bütün bu prosesi Azərbaycan dilinə çevirmək asan deyil”. Bununla belə, Azərbaycan Milli Komandasının kapitanı bildirib ki, artıq yeni kadrlar toplanır və telelayihənin Azərbaycan dili variantı hazırlanır.
Qeyd edək ki, Milli Teleradio Şurasının (MTRŞ) xarici dildə verilişlərin yayımına qadağa qoyulması ilə əlaqədar “Çto? Qde? Koqda?” verilişinin final mərhələsinin yanvarın 3-də yayımlanacaq təkrar buraxılışı efirə getməyib.
MTRŞ sədri Nuşirəvan Məhərrəmli isə APA-ya bildirib ki, Azərbaycan teleməkanında bütün verilişlər yalnız ana dilində yayımlanacaq: “Yanvarın 1-dən Azərbaycan teleməkanında xarici dillərdə bütün verilişlərin, o cümlədən “Çto? Qde? Koqda?” verilişinin yayımına qadağa qoyulub. Azərbaycan dilində də intellektual proqram hazırlamaq mümkündür. Bu telelayihənin Azərbaycan dilində hazırlanması xəbəri məni çox sevindirdi”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR