Bank Of Baku

Tarkanın “Metamorfoz” adlı albomu son 15 gündə 100 min tirajla satılıb

Tarkanın “Metamorfoz” adlı albomu son 15 gündə 100 min tirajla satılıb
# 09 yanvar 2008 10:47 (UTC +04:00)
Türkiyənin meqa-starı Tarkanın ötən il dekabrın 25-də işıq üzü görən “Metamorfoz” adlı albomu son 15 gündə 100 min tirajla satılıb. APA-nın Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, 2008-ci ildə Tarkanın bu albomunun satış üzrə birincilik əldə edəcəyi gözlənilir.
Qeyd edək ki, sənətçinin “Come Closer” albomu 50 min, “Bounce single” albomu isə 280 min tirajla satılıb. 2007-ci il üçün Türkiyədə ən çox satılan albom adını isə müğənni Fərhad Köçərin “Yolun açıq olsun”u qazanıb. Bu albom bir il ərzində 350 min tirajla satılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR