Bank Of Baku

Tünzalə Ağayeva: “ “Eurovision-2008” müsabiqəsində Azərbaycan təmsilçisi eyni zamanda diplomat və siyasətçi olmalıdır ”

Tünzalə Ağayeva: “ “Eurovision-2008” müsabiqəsində Azərbaycan təmsilçisi eyni zamanda diplomat və siyasətçi olmalıdır ”
# 17 yanvar 2008 16:28 (UTC +04:00)
““Eurovision-2008” mahnı müsabiqəsində layiqli təmsil olunmaq üçün zamanımız çox azdır. Dünyanın yarısından çoxu bu müsabiqəni izləyir. Yarışda Azərbaycanın təmsilçisi peşəkarlığıq nümayiş etdirməlidir”. Bunu APA-ya açıqlamasında əməkdar artist Tünzalə Ağayeva deyib. Azərbaycanın “Eurovision-2008” mahnı müsabiqəsinə hazırlıq prosesi barədə danışan müğənni deyib ki, hazırlıq peşəkar səviyyədə olmalıdır: “Biz mədəniyyətimizi üç dəqiqə içində təbliğ etməliyik. Bunun üçün böyük mexanizm, peşəkarlıq lazımdır. Oturmaq və sadəcə hər şeyin yaxşı olacağına ümid etmək düzgün deyil. Deyəsən, biz həqiqətən də oturub möcüzə gözləyirik. Bəlkə də pərdə arxasında hazırlıq işləri gedir, ancaq ortada bir şey yoxdur”. Müsabiqəyə Azərbaycandan seçilən hər üç namizədin istedadlı olduğunu vurğulayan T. Ağayeva bildirib ki, Azərbaycanı beynəlxalq təcrübəsi olan sənətçi təmsil etməlidir: “Dünya bizi pop-musiqi janrında tanımır. Əgər bu etnik müsabiqə olsaydı, biz gözüyumulu şəkildə təmsilçimizi göndərərdik. Ancaq bu müsabiqəyə gedən sənətçinin təcrübəsi olmalıdır, nəinki Azərbaycan, fransız, alman, ingilis dillərini də bilməlidir. Həmin təmsilçi eyni zamanda diplomat, siyasətçi olmalıdır. Bu müsabiqəyə qatılan başqa ölkələr nümayəndələrini artıq Avropa turnesinə göndərib, ancaq biz də hələ bir şey yoxdur. Bu il üçün müsabiqəni qaydalarında bəzi dəyişiklər olub. Ötən il ilk onluğa düşən ölkələr də seçmə turundan keçəcək”. “Eurovision” mahnı müsabiqəsi üçün hazırladığı mahnını artıq təqdim etdiyini deyən T. Ağayeva müəllifi olduğu musiqi əsərini səviyyəli hesab edir: “Digər bəstəkarlardan xəbərim yoxdur, ümid edirəm ki, onlar da mahnılarını müsabiqənin formatını nəzərə alaraq yazıblar”. Finalçılardan Elnur Hüseynovu dəstəklədiyini bildirən sənətçi onun daha ümüdverici təmsilçi olacağına inanır. T. Ağayeva Azərbaycanın bu il üçün sözügedən müsabiqədə iştirakını dəstəkləmir: “Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də söyləyib ki, 2008-ci ildə “Eurovision”da təmsil olunmağımız məsləhət deyil. Biz “Eurovision”a qatılmaq üçün iki il əvvəldən hazırlığa başlamalı idik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR