Bank Of Baku

Azərbaycanın əməkdar artisti Aygün Kazımovanın yeni telelayihəsi efirə çıxır

Azərbaycanın əməkdar artisti Aygün Kazımovanın yeni telelayihəsi efirə çıxır
# 18 yanvar 2008 13:24 (UTC +04:00)
Verilişin dekorasiyası və sənətçinin geyimi qeyri-adi olacaq. Verilişdə A. Kazımovanın qonaqları olacaq, hər gün bir mövzu ətrafında müzakirələr aparılacaq. Hələ verilişinin adını dəqiqləşdirməyən sənətçi ad gününə hazırlaşır. O, ad gününü canlı yayımda, iki saatlıq proqramda qeyd edəcək. Həmin gün əməkdar artist xeyriyyə marafonu keçirəcək. Canlı yayıma zəng vuracaq tamaşaçılar və həmin gün A. Kazımovanın yanında olacaq sənət dostları xeyriyyə marafonu üçün açılacaq hesaba pul yatıra biləcəklər. Bu vəsait qocalar və körpələr evinə köçürüləcək. Yanvarın 26-da iki saatlıq ad günü proqramı üçün sənətçi xüsusi paltar da sifariş edib. Bu dəfə A.Kazımova daha fərqli formada pərəstişkarlarının qarşısına çıxmağı düşünür. Hazırda bəstəkar Emin Şahinlə yeni mahnı üzərində işləyən sənətçi, bununla yanaşı müğənni Cavid Hüseynlə duet ifa edəcək. Bir müddət əvvəl ağır plastik cərahiyyə əməliyyatı keçirən A. Kazımova imicində də bir sıra dəyişiklər etməyi nəzərdə tutulur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR