Bank Of Baku

Azərbaycanın əməkdar artisti Aygün Kazımova: “Deyəsən, Bülənt Ərsoy özünə gəlib”

Azərbaycanın əməkdar artisti Aygün Kazımova: “Deyəsən, Bülənt Ərsoy özünə gəlib”
# 21 yanvar 2008 14:47 (UTC +04:00)
Bu gün Azərbaycanın əməkdar artisti Aygün Kazımovanın yeni veb-saytının təqdimatı keçirilib. APA-nın xəbərinə görə, www.aygunfans.ws saytında sənətçinin həyat və yaradıcılığı barədə məlumatlar yerləşdirilib. İnternet səhifəsində A. Kazımovanın eksklüziv şəkilləri, bütün albomları və eləcə də mahnıları toplanılıb. Ad günü ərəfəsində müğənninin pərəstişaklarının hazırladığı internet-saytın təqdimatında çıxış edən A. Kazımova bu sürprizin ürəyincə olduğunu deyib: “Bundan gözəl ad günü ola bilməz. Ümid edirəm ki, saytdakı məlumatlar vaxtaşırı olaraq yenilənəcək. Mən fanatlarıma inanıram”. Mərasimdə yanvarın 20-də Türkiyənin “Star” televiziya kanalında yayımlanan “Pop-star Alaturka” yarışmasında türk sənətçisi Bülənt Ərsoyun bir neçə il əvvəl aralarında baş verən qalmaqaldan sonra ilk dəfə Aygün Kazımovaya canlı yayımla salam göndərdiyi kadr da nümayiş etdirilib. Yarışmasının münsiflər heyətində təmsil olunan B. Ərsoy “Azərbaycanın gözəl səsə malik sənətkarlarından olan Aygün Kazımovanı çox sevirik, ona salamlarımı çatdırın”, - deyə ismarış göndərib. Sənətçi türk müğənnisi Bülənt Ərsoyun onun ünvanına dediyi xoş sözlərə də münasibət bildirib: “Deyəsən, Bülənt Ərsoy özünə gəlib. Bu, mənim haqlı olduğumu sübut edir. Bu tək mənim yox, bütün Azərbaycan xalqının qələbəsidir. Yaşından asılı olmayaraq, hər bir insan vaxtında səhvini başa düşməsi yaxşı haldır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR