Bank Of Baku

Röyanın Swarovski qaşlarla bəzədilmiş albomu Türkiyədə işıq üzü görəcək

Röyanın Swarovski qaşlarla bəzədilmiş albomu Türkiyədə işıq üzü görəcək
# 22 yanvar 2008 08:57 (UTC +04:00)
Yaxın günlərdə Röyanın “Gülüm” diski Türkiyədə işıq üzü görəcək. Bu barədə APA-ya məlumat verən sənətçinin prodüseri Kənan Bayramov bildirib ki, diskdə Röyanın ifasında 7 mahnı yer alacaq. Həmin albomdakı bütün mahnıların bəstəsi Lalə Məmmədovanındır. K. Bayramovun sözlərinə görə, üzəri Swarovski qaşlarla bəzədilmiş albom satışa çıxarılmayacaq. Hazırda Röya disk üçün xüsusi fotoşəkillər çəkdirir. Bununla yanaşı, sənətçi Azərbaycanda da musiqi albomu hazırlayır. Diskdə Röyanın ifasında bu zamana kimi dinlənilən və yeni mahnılar yer alacaq. K.Bayramov deyib ki, sənətçi fevralda Bakıdakı konsert komplekslərindən birində pərəstişkarlarının qarşısına çıxacaq. Martın ortalarında isə o, M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında solo-konsert vermək qərarındadır. Hazırda bu konsertlə bağlı danışıqların getdiyini deyən prodüser konsertə ciddi hazırlaşacaqlarını da vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR