Bank Of Baku

Almaz Ələsgərli “Maşın” realiti-şoudan uzaqlaşdırıla bilər

Almaz Ələsgərli “Maşın” realiti-şoudan uzaqlaşdırıla bilər
# 23 yanvar 2008 09:36 (UTC +04:00)
“Almaz Ələsgərlinin dünən Mirkamil Kamilovla sağollaşdığı vaxt maşından hər iki əlini götürməsini mən şəxsən görməmişəm. Bu gün məsələ araşdırılacaq və şoumuzun qaydalarına uyğun olaraq qərar veriləcək. Əgər Almaz Ələsgərlinin hər iki əlini maşından götürməsi təsdiqlənsə, o şoudan uzaqlaşdırılacaq”. Bu açıqlamanı APA-ya “Maşın” realiti-şou layihəsinin rəhbəri və aparıcısı Murad Dadaşov deyib. O, şounun qaydalarının hamı üçün eyni olduğunu, kimliyindən asılı olmayaraq, hər kəsin qaydaya riayət etməsinin vacibliyini vurğulayıb: “Bu şouda xalq, əməkdar artistlər, əməkdar incəsənət xadimləri də iştirak edib, ancaq qayda hamı üçün qaydadır”. M. Dadaşov araşdırmadan sonra qərar veriləcəyini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR