Bank Of Baku

Azərbaycanın əməkdar artisti Nisə Qasımova sabah ANS-də sonuncu verilişinə çıxacaq

Azərbaycanın əməkdar artisti Nisə Qasımova sabah ANS-də sonuncu verilişinə çıxacaq
# 24 yanvar 2008 15:03 (UTC +04:00)
Həmin verilişdə sənətçi televiziya tamaşaçıları ilə sağollaşacaq. H. Cavadzadənin sözlərinə görə, N.Qasımovanın bu qərarı verməsinə səbəb verilişin onun yaradıcılığına ciddi təsir etməsidir: “Nisə xanımın bu qərarı verməsinin səbəbi yaradıcılığında yeniliklər etmək istəyidir. Sabah tamaşaçıları ilə sağollaşdıqdan sonra Nisə xanım ciddi yaradıcılıq işlərinə start verəcək”.
Yaxın vaxtlarda iki yeni albomu dinləyicilərin ixtiyarına vermək fikrində olan sənətçi albomlardan birini yaşlılar, digərini isə gənclər üçün hazırlayır. Yaşlı nəsil üçün nəzərdə tutulan albom “Nostalji”, gənclər üçün nəzərdə tutulan albom isə “Danqadaranq” adlanacaq. Albomlarda Ələkbər Tağıyev, Eldar Mansurov, Vüsalə İlyasova, Nadir Əzimov və digər bəstəkarların əsərləri yer alacaq. H. Cavadzadənin sözlərinə görə, N. Qasımova hər iki albomu üçün Türkiyədə xüsusi fotolar çəkdirib. Sənətçi hər iki albomu təqdim etdikdən sonra televiziya kanallarının birində yeni verilişlə tamaşaçıların görüşünə gəlməyi planlaşdırır. Sənətçiyə məişət mövzusunda realiti-şou xarakterli verilişin aparıcılığının da təklif olunduğunu bildirən prodüser bu təklifin N. Qasımova tərəfindən hələ qəbul edilmədiyini vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR