Bank Of Baku

Lalə Kazımova: “Eurovision” müsabiqəsi üçün hər şey xüsusi hazırlanmalıdır”

Lalə Kazımova: “Eurovision” müsabiqəsi üçün hər şey xüsusi hazırlanmalıdır”
# 29 yanvar 2008 16:39 (UTC +04:00)
“Fevralın 2-də hansı finalçını dəstəkləyəcəyimi hələ dəqiqləşdirməmişəm. Bu onların həmin gün nə təqdim edəcəklərindən asılıdır. İlk öncə iştirakçıların ifasına və artistlik qabiliyyətinə önəm verilməlidir”. Bu açıqlamanı APA-ya “Eurovision-2008” müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi üzrə münsiflər heyətinin üzvü, Beynəlxalq Musiqi Şurasının Azərbaycan Milli Musiqi Komitəsinin rəhbəri Lalə Kazımova verib. Seçim turlarında iştirak edənlərdən Aytac Cəfərovanın ifasını bəyəndiyini etiraf edən Lalə Kazımova, onun finalda çıxış etməməsinə əfsuslanır. Onun sözlərinə görə, “Eurovision-2008”də Azərbaycan təmsilçisi gözəl və yaddaqalan çıxış etməlidir: “Azərbaycan bu müsabiqədə qalibiyyət əldə etməsə də, yadda qalmalıdır. Müsabiqə üçün hər bir şey xüsusi hazırlanmalıdır. Vokalçının səsi olmaya bilər, ancaq gözəl ifa, artistlik və nömrə təqdim etməlidir. Qeyri-adi istedada, yüksək səs diapazonuna malik olmayan Dima Bilan, müsabiqədə yüksək yerlərdən birini qazandı. O, təqdim etdiyi musiqi nömrəsi və təqdimata görə yüksək nəticə əldə etdi. Gərək biz çox professional səviyyədə bir şey təqdim edək ki, beynəlxalq aləm üçün maraqlı olsun. Bu da ancaq super müasir mahnı və gözəl səhnəcik ola bilər. Burada ifaçılardan çox şeylər tələb olunur”. Lalə Kazımova “Eurovision”unda siyasətin də böyük rol oynadığını təsdiqləyib: “Əlbəttə, bu müsabiqədə siyasət önəmli rol oynayır. Bunu inkar etmək qeyri-mümkündür. Ancaq bu əsas məsələ deyil. Bu gün Azərbaycanın hansı yeri qazanacağı barədə heç bir şey demək olmaz. Bu müsabiqədə çox maraqlar bir-biri ilə toqquşa və üst-üstə düşə bilər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR