Bank Of Baku

“Eurovision-2008” müsabiqəsində Azərbaycanı təmsil etmək şansı olan finalçılarla telekörpü təşkil olunub

“Eurovision-2008” müsabiqəsində Azərbaycanı təmsil etmək şansı olan finalçılarla telekörpü təşkil olunub
# 30 yanvar 2008 15:19 (UTC +04:00)
Bu gün Ukraynada təcrübə keçən “Eurovision-2008” müsabiqəsində Azərbaycanı təmsil etməyə şanslı üç finalçı ilə tele-körpü keçirilib. APA-nın məlumatına görə, telekörpüdə çıxış edən Ukraynada finalçılara təcrübə keçən İnna Vesnyak namizədlərin müsabiqədə uğurla çıxış edəcəyinə inandığını bildirib. Onun sözlərinə görə, artıq bir müddətdir ki, Ukraynada təcrübə keçən finalçılara beynəlxalq səhnə təcrübəsi keçirilir, fevralın 2-də yerli final gecəsində çıxış edəcəkləri mahnı hazırlanır, onlar ingilis dili biliklərini mükəmməlləşdirirlər. Telekörpüdə çıxış edən Aynur İsgəndərli, “Unformal” rok qrupu, Elnur Hüseynov və Samir Cavadzadə finalçılar sırasında olduqları üçün çox sevindiklərini bildirilər. Hər üç finalçı yerli final gecəsində çıxışlarının yaddaqalan olacağını vurğulayıblar. Finalçılar yanvarın 31-də vətənə qayıdacaqlarını və iki gün ərzində daha yerli final müsabiqəsinə daha ciddi hazırlaşacaqlarını bildiriblər. Fevralın 2-də Elnur Hüseynovla birgə çıxış edəcək Samir Cavadzadə finalçı statusunda olub-olmayacağını hələ bilmir: “Məni də bu müsabiqə ilə bağlı Bakıda keçirilən seçim turlarına dəvət etmişdilər. Ancaq səhhətimdə problemlər olduğu üçün seçim turuna qatıla bilmədim. Sadəcə Elnur mənə müraciət etdi və mən də razılaşdım. Həmin gün Elnurla super şou təqdim edəcəyik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR