Bank Of Baku

“Eurovision-2008” müsabiqəsi ilə bağlı Azərbaycanda keçiriləcək yerli final gecəsi üçün Ukraynadan analoqu olmayan texniki avadanlıq gətirilib

“Eurovision-2008” müsabiqəsi ilə bağlı Azərbaycanda keçiriləcək yerli final gecəsi üçün Ukraynadan analoqu olmayan texniki avadanlıq gətirilib
# 31 yanvar 2008 08:40 (UTC +04:00)
“Eurovision-2008” müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi üçün fevralın 2-də Heydər Əliyev adına İdman Konsert Kompleksində keçiriləcək yerli final gecəsi üçün canlı yayım, səs və işıq effektlərinin təşkili üçün xüsusi avadanlıq gətirilib. APA-nın məlumatına görə, layihənin meneceri Andrey Radnyuk avadanlığın 40 ton yükdaşıma gücünə malik “İL 76T” yük təyyarəsi ilə gətirildiyini deyib. Ukrayna şirkətləri tərəfindən təqdim edilən avadanlığın dünya miqyasında analoqu yoxdur. Andrey Radnyuk qeyd edib ki, peşəkarların yüksək səviyyəli əməyi və müvafiq texnika sayəsində Azərbaycan tamaşaçısı üçün indiyədək misli görünməmiş möhtəşəm şou nümayiş olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR