Bank Of Baku

Azərbaycanın əməkdar artisti Faiq Ağayev “Yeni Ulduz” müsabiqəsinin münsiflər heyətinin sıralarını tərk edib

Azərbaycanın əməkdar artisti Faiq Ağayev “Yeni Ulduz” müsabiqəsinin münsiflər heyətinin sıralarını tərk edib
# 07 fevral 2008 14:11 (UTC +04:00)
O, APA-ya açıqlamasında müsabiqədən uzaqlaşmasını yeni telelayihə ilə əlaqədar olduğunu bildirib: “Çox hörmətlə yanaşdığım bu müsabiqənin münsiflər heyətindən uzaqlaşmağım müəllif verilişimlə əlaqədardır. Məlum olduğu kimi, yaxın vaxtlarda yeni tele-layihəmlə tamaşaçıların görüşünə gələcəyəm, hazırda bütün vaxtımı bu layihənin gerçəkləşməsinə sərf edirəm. “Yeni Ulduz” müsabiqəsinə yetərincə diqqət ayıra bilmədiyim üçün bu missiyanı müvəqqəti olaraq dayandırmaq qərarına gəldim”. F. Ağayev bəzi televiziyalarda ona qadağa qoyulması barədə yayılan məlumatları da təkzib edib.
“SOY Production”un prezidenti, “Yeni Ulduz” layihəsinin münsif üzvü Oqtay Əliyev də APA-ya açıqlamasında Faiq Ağayevin “Yeni ulduz” layihəsindən uzaqlaşdırılmadığını, müğənninin öz istəyi ilə layihədən ayrıldığını deyib. F. Ağayevin bu layihəni tərk etməsində onun rolunun olmadığını da vurğulayan O. Əliyev hazırda sənətçi ilə münasibətlərini normal olduğunu qeyd edib: “Efirdən kənarda bizim münasibətlərimiz çox normaldır. Münsif kimi hər bir kəsin söz deməyə haqqı var, ola bilər ki, hansısa məqamda sözümüz düz gəlməyib. Ancaq bunun bizim real həyatdakı münasibətlərimizə qətiyyən təsiri yoxdur. Ora efirdir, efirdə isə hər şey ola bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR