Bank Of Baku

“Eurovision-2008” müsabiqəsində iştirak edəcək əksər ölkələr öz təmsilçilərinin adlarını açıqlayıblar

“Eurovision-2008” müsabiqəsində iştirak edəcək əksər ölkələr öz təmsilçilərinin  adlarını açıqlayıblar
# 08 fevral 2008 12:16 (UTC +04:00)
APA-nın məlumatına görə, Ukraynanı bu müsabiqədə Anna Lorak təmsil edəcək. Onun ifa edəcəyi mahnının müəllifi isə Flipp Kirkorovdur. “Eurovision”un rəsmi saytının xəbərinə görə, müsabiqənin 2004-cü ildə qalibi olmuş Ruslana və müğənni Verka Serdyuçka martın 6-da Almaniyada keçiriləcək yerli seçimlərdə iştirak edəcəklər. Belarus isə müsabiqədə 26 yaşılı Ruslan Alehno ilə təmsil olunacaq. Təmsilçi müsabiqədə “Hasta La Vista” mahnısını ifa edəcək. Müsabiqədə Estoniyanı təmsil edəcək “Kreisiraadio” qrupu “Leto svet” mahnısını, Litvanı təmsil edəcək Jerominas Milius “Nomads İn The Night” rok-balladasını ifa edəcək. İlk dəfə olaraq “Eurovision”da iştirak edəcək Azərbaycan isə yarışda Elnur Hüseynovla təmsil olunacaq. Artıq Çexiya, Danimarka, Çernoqoriya və Sloveniya da öz təmsilçilərinin adlarını açıqlayıblar. Artıq üçüncü dəfə bu müsabiqəyə qatılacaq Ermənistan “Eurovision-2008”də Siruşo ilə təmsil olunacaq. Rusiya isə hələ də təmsilçisinin adını dəqiqləşdirməyib. Rusiya mətbuatının məlumatına görə, “Eurovision-2008”ə Rusiya təmsilçisi kimi Dima Bilan getmək niyyətindədir. Hətta müğənni orada oxuyacağı mahnını da müəyyələnləşdirib. Bu mahnını o, Amerikada yazdırıb. Sergey Lazerev də müsabiqəyə qatılmaq niyyətindədir. Ancaq nə onun özü, nə də təşkilat komitəsi bu məlumatı təsdiqləməyiblər. “Eurovision-2008” müsabiqəsində Serbiya, Fransa, Almaniya, Böyük Briniya və İspaniya birbaşa finalda çıxış edəcəklər. Mayın 20-də keçiriləcək ilk yarımfinalda Çernoqoriya, Finlandiya, Yunanıstan, İrlandiya, Əlcəzair, Polşa, Bosnya və Hersoqavina, Estoniya, Hollandiya, Ruminiya, Moldova, Sloveniya, Norveç, Andorra, Belçika, Azərbaycan, Ermənistan və San-Marino, mayın 22-də keçiriləcək ikinci yarımfinalda Xorvatiya, Danimarka, Bolqarıtsan, Ukrayna, Portuqaliya, İsveçrə, Makedoniya, İslandiya, Kipr, Latviya, Belarus, Macarıstan, Albaniya, İsveç, Türkiyə, Litva, Gürcüstan, Çexiya və Malta iştirak edəcək. Bu il də müsabiqənin qalibi televiziya tamaşaçılarının səsverməsi ilə seçiləcək. “Eurovision-2008” müsabiqəsi Belqradda Balkan bölgəsinin ən böyük tamaşaçı zalı olan Belqrad arenasında keçiriləcək. Bu arenanın 20 min tamaşaçı tutumu var. Qeyd edək ki, artıq “Eurovision-2008” müsabiqəsinin biletlərinin satışına başlanılıb. 20 və 22 may tarixlərində keçiriləcək yarımfinal biletlərinin qiyməti 20 avrodur. 24 mayda keçiriləcək müsabiqənin final mərhələsini izləmək istəyənlər isə 25-90 ABŞ dolları xərcləməli olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR